Ağcabədidə 28 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub
Tarix: 24.08.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


İpəkqurdunun yem bazasının bərpası məqsədilə payız mövsümündə Ağcabədi rayonunda 28 mindən çox tut tinginin əkilməsi nəzərdə tutulub.
Ağcabədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Uzun fasilədən sonra bu il rayonun 37 yaşayış məntəqəsində 48 kümçü tərəfindən 80 qutu ipəkqurdu toxumu yetişdirilib. 3675 kiloqram yaş barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib.
Hazırda Ağcabədi rayonunda 27 min 345 ədəd çəkil ağacı var. Ağcabədi Regional Meşə Tingliyi Mərkəzində 10 min ədəd tut tingi yetişdirilib. Gələn il barama istehsalının 2 dəfə artırılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info