Sağlamlıq imkanları məhdud uşaqların Türkiyədə müalicəsi təşkil edilib
Tarix: 24.08.2016 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ayın əvvəllərində valideynlərindən biri ilə bərabər Türkiyə Respublikasına ixtisaslaşmış bərpa-müalicəsinə yola salınmış 24 nəfər sağlamlıq imkanları məhdud uşaq qardaş ölkədə reabilitasiya kursunu başa vuraraq geri dönüb. 
Uşaqların və valideynlərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanması zamanı valideynlər qardaş ölkədə övladlarına göstərilən bərpa-müalicə xidmətindən, Nobel Tibb Mərkəzində tətbiq olunan səmərəli fizioterapevtik müalicə metodlarından, aparılan reabilitasiya işlərindən razılıqlarını ifadə ediblər. Onlar övladlarının xaricdə bərpa-müalicəsinin təşkili işlərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkəmizdə əlillərin tibbi-sosial reabilitasiyası tədbirlərinin ildən-ilə gücləndirildiyini vurğulayıb: “Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 393 nəfər, o cümlədən 205 nəfər əlilliyi olan şəxsin və 188 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Onlardan 10 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən biri ilə bərabər Gürcüstan Respublikasına, qalan şəxslər isə Türkiyə Respublikasının Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə müalicəyə göndərilib. Onu da bildirək ki, xaricə bərpa-müalicəsinə göndərilən uşaqların valideynləri də orada övladları ilə birgə müvafiq reabilitasiya tədbirlərinə cəlb olunurlar”. 
S.Abdullayev göndərilən şəxslərin səhhətində müsbət dəyişikliklərin olduğunu qeyd edərək bildirib ki, nazirliyin bərpa mərkəzlərində də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunması üçün məqsədyönlü işlər davam etdirilir. Bu mərkəzlərdə əlilliyi olan şəxslərin sosial statuslarının bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası üçün kompleks şəkildə tibbi, sosial, peşə diaqnostikası və reabilitasiya tədbirləri həyata keçirilir. Cari ilin yanvar-iyul aylarında həmin müəssisələrdə 4650 nəfər şəxsə bərpa-müalicə, 8400 nəfərə yaxın şəxsə isə protez-ortopedik xidmətlər göstərilib. Onların bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqlar olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Həkim arıqlamağa kömək edən sirri açdl
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info