Avropada Birinci Dünya müharibəsinin təkrarlanması təhlükəsi var
Tarix: 14.03.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Jan-Klod Yunker: “İtaliyada seçkilər də son dərəcə antialman və
bu baxımdan antiavropa ruhlu olub”


Lüksemburqun baş naziri və Avropa Qrupunun sabiq başçısı Jan-Klod Yunker Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində bildirib ki, millətçiliyin gücləndiyi, iqtisadiyyatda problemlər yarandığı və Birinci Dünya müharibəsindən əvvəl Avropadakı vəziyyəti xatırladan digər amilləri görür.

Kifayət qədər ehtiyatlı və nəzakətli fikirləri ilə həmişə fərqlənən Jan-Klod Yunkeri sensasiyalı bəyanatlar verməyə can atmaqda qınamaq çətindir. Lakin o, Almaniyanın “Der Şpigel” jurnalına müsahibəsində bu gün Avropada baş verənlər və Birinci Dünya müharibəsi ərəfəsində yaranmış vəziyyət arasında qorxunc paralellər aparıb.
J.K.Yunker deyib: “1913-cü ildə bir çoxları düşünürdü ki, Avropada daha heç vaxt müharibə olmayacaq. Belə bir qənaət çox geniş yayılmışdı ki, qitənin aparıcı dövlətləri iqtisadi cəhətdən elə sıx bağlıdırlar ki, bir-birinə qarşı hərbi əməliyyatlar aparılmasına yol verə bilməzlər. Nəticədə ümumi xatircəmlik və əminlik hissi yaranmışdı ki, müharibə əsla ola bilməz. Hesab edirəm ki, bu gün Avropada “müharibə və sülh” məsələsinin birdəfəlik həll olunduğunu düşünənlər, 100 il əvvəl müharibə ehtimalına inanmayan insanlar kimi dərindən yanıla bilərlər.
Keçmişin iblisləri həmişəlik qovulmayıb, onlar yalnız gizləniblər. 2013-cü il Avropasında ziddiyyətlərin Birinci Dünya müharibəsindən əvvəl yaranmış vəziyyətlə nə dərəcədə oxşar olması məni heyrətləndirir. Afinada etirazçıların plakatlarında Almaniya kanslerinin nasist uniformasında təsvir olunması məni şoka salıb. İtaliyada seçkilər də son dərəcə antialman və bu baxımdan antiavropa ruhlu olub”.
Yunker onu da bildirib ki, maliyyə böhranının ən qızğın çağında Almaniya siyasətçilərinin Yunanıstana kəskin hücumları yunanlar arasında Almaniyanın obrazını pisləşdirib. Bir sıra ekspertlər bildiriblər ki, Lüksemburqun baş nazirinin sözlərini hərfən deyil, daha çox xəbərdarlıq kimi qəbul etmək lazımdır.
RASIM




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İtaliyada üç terrorçu həbs olunub
24.05.2019
Aprel ayında İdlib vә Hәmaya edilәn hücumlarda azı 38 uşaq hәlak olub
24.05.2019
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24.05.2019
İraqın şimalında türk әsgәri şәhid olub
24.05.2019
Hindistanda baş verən yanğında azı 15 yeniyetmə həyatını itirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info