Fransada məktəblərin mühafizəsi gücləndirilir
Tarix: 24.08.2016 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Fransa hökuməti dərs ilinin əvvəlində yeni terror təhdidləri fonunda təhsil müəssisələrinin, xüsusən məktəblərin mühafizəsini gücləndirmək qərarına gəlib.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Yelisey sarayında keçirilən iclasında Fransanın daxili işlər naziri Bernar Kaznev məlumat verib.
Qərara əsasən sentyabrın 1-dən etibarən ölkə ərazisində yerləşən məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərəcək. Təhsil müəssisələrinin mühafizəsinə 3 min nəfərdən çox ehtiyat qüvvə cəlb olunacaq.
Xatırladaq ki, keçən ilin noyabrında bir-biri ilə əlaqəli 3 silahlı qrup Parisdə və yaxınlıqda yerləşən Sen-Deni şəhərində silsilə terror aktları törətmişdi. Hadisə nəticəsində 130 nəfər həlak olmuş, 350 nəfərdən çox insan isə yaralanmışdı. 2016-cı ilin iyul ayının ortalarında isə Nitsa şəhərində “Bastiliyanın alınması günü” 85 nəfər terrorun qurbanı olmuşdu.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info