Bir yaşadək uşaqların 97,7 faizi vərəmə qarşı peyvənd alıb
Tarix: 24.08.2016 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2015-ci ildə müayinə olunmuş uşaqların sayı 2 milyon 412 min 400 nəfər olub. Bu rəqəm 2005-ci ildə 1 milyon 983 min təşkil edib. Bu isə profilaktik müayinəsi aparılan uşaqların sayının artdığını göstərir.
Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib. Yoluxucu xəstəliklərin qarşısının alınması işində uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsi təmin edilib. Statistik məcmuədə bildirilir ki, ötən il ölkəmizdə bir yaşadək uşaqların 97,7 faizi vərəmə qarşı, 97,8 faizi poliomielitə qarşı, 95,5 faizi difteriya, göyöskürək, tetanus və s. xəstəliklərə qarşı profilaktik peyvəndlərlə əhatə olunub. Eyni zamanda, iki yaşa qədər uşaqların 98,1 faizi qızılcaya, məxmərəyə, epidemik parotitə görə peyvənd edilib. Doğuşdan sonra 12 saat ərzində körpələrin 99,3 faizi isə hepatit B-yə qarşı peyvənd alıblar.
Qeyd edək ki, Azərbaycanda malyariya əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlər nəticəsində 2013-cü ildən etibarən bu xəstəliyə yerli yoluxma halları qeydə alınmayıb. Bununla da, ölkə ərazisində malyariyanın tam ləğvinə nail olunub. Profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməyib, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib.


Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Azeri Light”ın bir barreli 68,60 dollara satılır
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info