3 ölkənin dəmir yollarında rəqabətli tarif şərtləri yaradılacaq
Tarix: 24.08.2016 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları administrasiyalarının rəhbərləri Astanada Qazaxıstanın yükgöndərənləri, ən böyük operatorları və yük şirkətləri ilə görüşüblər. “Qazaxıstan dəmir yolları milli şirkəti” SC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq, yüklərin daşınması üçün əlverişli şərtlərin yaradılması məsələləri müzakirə edilib. Məsələn, metal məmulatı, taxıl, neft-qaz yüklərinin daşınmasında, habelə Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində konteyner daşımalarında tarif dərəcələrinin aşağı salınması barədə söhbət aparılıb.
Yeni bazarların mənimsənilməsi, daşımaların həcminin artması təkcə Qazaxıstan ixracı üçün güzəştli tarif şərtlərinə deyil, həm də yüklərin çatdırılması üçün dəmiryolçuların təklif etdikləri logistika sxeminə kömək edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov deyib: “Biz ixrac və idxal mallarının daşınması üçün yaxşı şərtlər təklif etməyə hazırıq. Məsələn, bu ilin sonunda biz Gürcüstan dəmir yolu vasitəsilə Türkiyəyə birbaşa keçid açırıq. Beləliklə, bizdə Türkiyə, Şimali Afrika və ərəb ölkələrinın cənub limanlarına çıxış yaranacaq”.
“Солтүстік” sosial sahibkar şirkətinin nümayəndəsi Anuar Xamitov deyib: “Hazırda biz yalnız Qazaxıstan üzrə işləyirik. Bizim ən böyük məhsulumuz taxıldır. Biz onu İran körfəzi ölkələrinə ixrac etməyi planlaşdırırıq. İndi danışıqlar gedir, Azərbaycan və Gürcüstanın dəmir yolları nümayəndələri ilə tariflər razılaşdırılır, habelə yük tariflərini razılaşdırırıq”.
Görüşün yekunlarına əsasən qeyd edilib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstanın yerli yükgöndərənləri və dəmiryolçuları ilə yaradılan birbaşa əlaqə daşınmaların təmin edilməsində yaranan məsələləri tez və effektiv həll etməyə imkan verəcək.


Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info