“İndi bu qələbənin nə qədər qiymətli olduğunu anlayıram”
Tarix: 24.08.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Radik İsayev:
“Azərbaycana qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm”
“Azərbaycana qızıl medalı qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanın Dövlət himninin Rioda səsləndirilməsi qürurverici idi”. Bu sözləri “Rio-2016”-da Azərbaycana qızıl medal qazandıran taekvondoçu Radik İsayev Heydər Əliyev Beynəlxalq Aeroportunda deyib. “Rio-2016”-nın qızıl medalçısı bildirib ki, döyüşlər gərgin keçib: “Xüsusən final qarşılaşmasını qeyd etmək istərdim. Qalib olandan sonra sanki hissiyyatımı itirmişdim. Ayaqlarımda bərk ağrılar var idi. İndi bu qələbənin nə qədər qiymətli olduğunu anlayıram”. Azərbaycanın Dövlət himni səslənəndə böyük qürur hissi keçirdiyini bildirən taekvondoçu deyib: “Bunlar izaholunmaz hislərdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hisləri yaşamaq lazımdır. Mən isə qızıl medal barədə düşünmürdüm. Fikirləşirdim ki, ilk növbədə, geriyə medalla qayıtmaq lazımdır. Amma finala çıxdım və qızıl medal qazandım”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info