Moldova Azərbaycan şirkətlərini dəvət edir
Tarix: 24.08.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Moldova Azərbaycan şirkətlərinin karbohidrogen resurslarının işlənməsində iştirakında maraqlıdır”. “Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Moldovanın Azərbaycandakı səfiri George Leuka “Caspian Energy İnternational Media Group” və “Caspian Energy”nin nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.
Görüş zamanı “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy İnternational Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına, həmçinin Moldova şirkətlərinin dekabrın 7-də Bakıda keçiriləcək “Caspian Energy Forum”da iştirakına toxunulub. Moldova ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrdən danışan səfir qeyd edib ki, hazırkı mərhələdə ən mühüm məsələ ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin bərpa edilməsidir. Belə ki, komissiyanın son iclası 2012-ci ildə keçirilib. Həmin tarixdən xeyli vaxt ötüb. Artıq iqtisadi əlaqələrimizi yaxşılaşdırmaq üçün zəruri olan prosesləri həyata keçirməyin zamanıdır. Protokolun planında təkcə iqtisadi və ticarət deyil, həmçinin humanitar-mədəni, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi kimi digər sahələr, eləcə də diasporlarla əlaqəli məsələlər üzrə əməkdaşlıq öz əksini tapıb. “Biz sentyabrın sonunadək hökumətlərarası komissiyanın iclasını keçirməyə hazır olduğumuzu bildirmişik. Moldova tərəfdən komissiyanın həmsədri baş nazirin müavini, iqtisadiyyat naziri Oktavian Kalmıkdır, Azərbaycan tərəfindən isə baş nazirin birinci müavini Yaqub Eyyubovdur”, - deyə G.Leuka vurğulayıb. Moldovanın enerji sektorundan danışan səfir qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində başlanmış yataqların işlənməsi 1984-cü ildə davam etdirilib. “Bizim cəmi üç yatağımız var. Lakin əksər buruqların qazma dərinliyi 1000 metrə qədər olub və onlardan yalnız bir neçəsi 3000 metrə kimi və ya ondan bir qədər artıq olub. Bu gün həmin qazma işlərini və mədənlərin reabilitasiyasını davam etdirmək üçün investisiya tələb olunur. Müəyyən nəhəng karbohidrogen resurs ehtiyatlarının aşkarlanmasının perspektivi geoloji baxımdan üzə çıxarılıb. Hökumət tərəfindən açıq beynəlxalq tender elan edilib və biz həmin tenderdə digərləri ilə yanaşı, dünyanın ən təcrübəli istehsalçılarından və dost ölkə olan Azərbaycanın da iştirakında maraqlıyıq”, - deyə G.Leuka vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info