Avropa iqtisadiyyatında ilin birinci yarısında zəif göstəricilər qeydə alınıb
Tarix: 25.08.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Avropa iqtisadiyyatı son vaxtlar baş verən siyasi gərginliklər, bank sektorundakı çalxalanmalar, inkişaf sürətinin aşağı olması və zəif makroiqtisadi göstəricilərlə ilin birinci yarısında mənfi nəticələrlə yadda qalıb. Belə ki, ABŞ-ın investisiya bankı “Lehman Brothers”ın 2008-ci ildə iflasını açıqlamasıyla başlayan və bütün dünyaya təsir edən qlobal iqtisadi böhranın üzərindən 8 il keçməsinə baxmayaraq, Avropa ölkələrində yüksək olan “gənc işsizlik” (25 yaşdan aşağı) hələ həllini gözləyən ən əhəmiyyətli problemlərin başında gəlir.

Böyümə sürəti yavaşladı
Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı son təxminlərə görə, 19 üzvlü avro bölgəsində ümumi daxili məhsul bu ilin ikinci rübündə əvvəlki dövrlə müqayisədə 0,3 faiz artıb. Ancaq bu rəqəm daha əvvəl açıqlanan ilk təxminlərə uyğun olsa da, birinci rübdə olan 0,6 faiz artıma nisbətən daha aşağı nəticədir. Bu vəziyyət, bölgədə inkişafın yavaşlaması ilə bağlı narahatlıqlara yol açıb.

Aşağı inflyasiya qalmaqdadır
Onu da qeyd edək ki, Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghinin "inadçıl inflyasiya" ilə mübarizəsi davam edir. Bankın aldığı radikal tədbirlərə qarşı Avro bölgəsində hələ də çox aşağı inflyasiya problem olmaqda davam edir.
Son məlumatlara görə, Avro bölgəsində illik inflyasiya iyun ayında 0,1 faiz olduğu halda, iyul ayında 0,2 faiz oldu. Uzun müddətdir ki, çox aşağı inflyasiya ilə mübarizə edən AMB, Avro bölgəsində qiymət sabitliyini təmin etmək üçün 2 faizə yaxın səviyyədə inflyasiya hədəfləyir. Ancaq inflyasiya nisbəti, bankın həyata keçirdiyi mühüm tədbirlərə baxmayaraq, hələ də hədəflənən səviyyədən çox aşağıdır.

Bank sektorunda ciddi itkilər
Ötən ilin əvvəllərində Avropada investorlar baxımından iqtisadi artım və inflyasiyanın hədəflənən səviyyəyə gəlib çatacağında ən etibarlı investisiya vasitələrindən biri olaraq qəbul edilən Avropa bank sektorunda isə sular durulmadı.
Avropa bank sektoru, qlobal iqtisadiyyatın zəifləməsi, Brexit qərarı və Avropa Yenidənqurma və İnkişaf Bankının iyul ayının sonlarındakı açıqlamasından sonra yaşanan dalğalanma səbəbiylə çətin günlər keçirdi. Bölgənin böyük bankları ciddi itkilər yaşadı. Bankların böhran vəziyyətlərində dayanıqlılığını ölçən testin nəticələri, Avropa banklarının böhran vəziyyətində kifayət qədər sərmayə əldə edə biləcəyini göstərsə də, investorların, Avropa banklarının gələcəyi və testlə bağlı qayğılarını aradan qaldırmadı. Nəticələrin açıqlanmasının ardınca Almaniyanın ən böyük bankı “Deutsche Bank”, İtalyanın ən böyük banklarından “UniCredit” və İsveçrənin əhəmiyyətli banklarından “Credit Suisse” kimi bankların səhmləri ciddi şəkildə təsir gördü. Azalmanın ardından əhəmiyyətli bir qərar açıqlandı. Avropanın iki əhəmiyyətli bankı sayılan “Deutsche Bank” və “Credit Suiesse” hissələrinin, Avropadakı 50 ən qiymətli hissədən ibarət olan Stoxx Europe 50 indeksindən çıxarılmasına qərar verildi. Qərardan sonra hər iki bank da ciddi itkilər yaşamağa davam etdi. Digər tərəfdən, Birləşmiş Krallığın Avropa Birliyindən ayrılma (Brexit) qərarından sonra ortaya çıxan birliyin dağılma riski, terror hadisələri və qaçqın böhranı Avropanın gündəmində olduğu zaman, adıçəkilən faktorlar investor etibarına də mənfi təsir etdi. Beləliklə, Avropa iqtisadiyyatının ilin ikinci yarısında necə bir göstərici ortaya qoyacağı düşünüldüyü bir zamanda, Brexit qərarı və qlobal iqtisadiyyatdakı inkişafların bölgə iqtisadiyyatına ola biləcək təsirlərinin bazarlar və investorlar tərəfindən yaxından izlənilməsi gözlənilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info