Si Cinpin Çin Xalq Respublikasının yeni sədri seçilib
Tarix: 14.03.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Pekində 12-ci çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasının 4-cü ümumi iclasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib. ÇXR Kommunist Partiyasının sədri Si Cinpin ölkənin yeni sədri seçilib. Si Cinpin həm də ÇXR Mərkəzi Hərbi Şuranın sədri seçilib. Xatırladaq ki, 2008-ci ildən ÇXR sədrinin müavini işləyən Si Cinpin 2012-ci ilin noyabrında Çin Kommunist Partiyasının sonuncu qurultayında partiyanın sədri seçilmişdi. Bütün Çin üzrə 3 minə yaxın nümayəndənin qatıldığı Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasının 4-cü ümumi iclasında Gan Dıcyanq ÜXNY-nin Daimi Komitəsinin sədri, Li Yuançao ÇXR sədrinin müavini seçiliblər. İclasda bundan başqa, ÜXNY Daimi Komitəsinin sədr müavinləri, habelə 161 üzvü də müəyyən olunub.
Qanunvericiliyə görə, ÇXR sədri və onun müavini, ÜXNY Daimi Komitəsinin sədri və müavinləri, ÇXR Mərkəzi Hərbi Şurasının sədri vəzifəsinə namizədlər alternativsiz irəli sürülür.
ÜXNY-nın hər çağırışının səlahiyyət müddəti 5 ildir, onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində ÜXNY-nın funksiyalarını onun Daimi Komitəsi həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info