“Əvvəlki Olimpiya Oyunları ilə müqayisədə daha çox medal qazandıq”
Tarix: 25.08.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Mən və komanda yoldaşlarım əlimizdən gələni etdik. Sevinirəm ki, əvvəlki Olimpiya Oyunları ilə müqayisədə daha çox medal qazandıq. Bu 18 medal ölkəmizdə idmana və idmançılara göstərilən hərtərəfli qayğının bəhrəsidir”.
Bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı - Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib. Fərdi çıxışı barədə danışan güləşçimiz çəki atmağın onun üçün problem yaratdığını bildirib: “Görüşlər çətin keçdi. Mən 61 kiloqram çəki dərəcəsində güləşirəm. Amma Rioda 4 kiloqram aşağı çəkidə güləşməli oldum. İlk dəfə idi bu qədər çəki salırdım. Gürcüstanlı idmançıya qalib gələ bilərdim, amma səhvim ucbatından uduzdum. Çox da heyifsilənmirəm. Çünki Olimpiya Oyunlarının hər bir medalı qiymətlidir”. Xatırladaq ki, Hacı Əliyev “Rio-2016”-da ilk görüşündə cənubi koreyalı Junsik Yunu məğlub edib. Dörddəbir finalda gürcüstanlı Vladimir Xinceqaşviliyə uduzan azərbaycanlı pəhləvan bürünc medal uğrunda mübarizədə qazaxıstanlı Nurislam Sanayevə və bolqarıstanlı Vladimir Dubova qalib gəlib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info