Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni elektron xidmət
Tarix: 25.08.2016 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin geniş şəkildə avtomatlaşdırılması nəticəsində müvafiq sahələr üzrə əhaliyə elektron müstəvidə şəffaf xidmətlər şəbəkəsi formalaşıb. Bu istiqamətdə tədbirlərini davam etdirən nazirlik növbəti “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətini işəgötürənlərin istifadəsinə təqdim edib.
Hər bir işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət strukturuna, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur. Daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Xidmət tərəfindən komissiya yaradılır, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılır. “Elektron hökumət” portalı üzərindən təqdim olunan “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidməti istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən məlumat verilməsi prosesinin elektron qaydada da həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır.
Yeni e-xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin yeni e-xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.
İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir. (Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir.)
İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair Bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılaraq, həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlanılır.
Yeni e-xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşməsinə, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.
Qeyd edək ki, bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan iş sahələri üzrə artıq 26 elektron xidməti vətəndaşların istifadəsindədir. Həmin e-xidmətlərə ictimai maraq getdikcə artır və hazırda “Elektron hökumət” portalının istifadəçi kontingentinin mühüm bir hissəsini məhz əmək və sosial müdafiə sistemi üzrə e-xidmətlərdən faydalananlar təşkil edir. 2016-cı ilin birinci yarımilində portalda e-xidmətlərindən ən çox istifadə olunan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Cari ilin iyul ayında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə statistikası artmaqda davam edib və ötən ay əhali nazirliyin e-xidmətlərindən 440 768 dəfə, cari ilin yanvar-iyul aylarında isə 3,6 milyon dəfəyə yaxın faydalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info