Fırıldaqçı və cinayətkar erməni iş adamı polisə təslim olub
Tarix: 25.08.2016 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Avqustun 24-də Moskvanın mərkəzində “Citybank”ın filalının əməkdaşlarını girov götürmüş erməni mənşəli iş adamı Aram Petrosyan polisə təslim olub.
Petrosyan axşam saatlarında üzərinə içində bomba olduğu ehtimal edilən qutu bağlayaraq banka daxil olmuş və 4 əməkdaşı girov götürmüşdü. Sahibkar hüquq mühafizə orqanlarının əməkdaşları ilə aparılan danışıqlardan sonra girovları buraxıb və polisə təslim olub. İçərisində partlayıcı maddə olduğu iddia edilən qutudan isə torpaq çıxıb.
Petrosyanın hansı tələblər irəli sürdüyü də aydınlaşıb. O, hadisədən bir gün əvvəl sahibkar sosial şəbəkədə yerləşdirdiyi videoda Rusiya Prezidentinə müraciət edərək müflisləşmə haqqında qanunun təkmilləşdirilməsi barədə fikirlərini bildirmiş və yaxın günlərdə dünyaya səs salacaq addım atacağı barədə xəbərdarlıq etmişdi. Psixoloqların fikrincə, müflisləşməninin xəstəlik kimi müalicə olunmasını tələb edən Petrosyanın psixi problemləri mövcuddur.
Rusiya KİV-lərinin yazdığına görə, A.Petrosyan bu ölkədə bir neçə qapalı səhmdar cəmiyyətlərin və şirkətin sahibi kimi kimyəvi maddələr, tibb ləvazimatı və daş kömür satışı ilə məşğul olub. Sonradan müflisləşən sahibkarın bir çox Rusiya banklarına borcu var.
Aram Petrosyan Rusiyaya 2011-ci ildə köçüb. Bəzi mənbələrin məlumatına görə, Ermənistanda bir neçə il həbsdə olub, Rusya vətəndaşlığını isə saxta nikah əsasında ala bilib. Moskva biznes dairələrində Petrosyanın yerli sahibkarlara da xeyli miqdarda borcu olduğu da bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info