“Xocalı aeroportu ilə bağlı narahatlıqlar qalır”
Tarix: 14.03.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzer Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Yüksək diplomatik xidmət” mövzusunda mühazirə ilə çıxış edib.
S. Freyzer öz çıxışında Britaniyanın xarici siyasəti barədə danışıb və ölkənin prioritetləri barədə tədbir iştirakçılarına məlumat verib. O deyib ki, Böyük Britaniyanın geniş diplomatik şəbəkəsi var və ölkə hər il 3000 yeni diplomatik iş yeri açır. Dünyada cərəyan edən proseslər, münaqişələr barədə danışan S. Freyzer bildirib ki, bəzən diplomatlar çox çətin və qeyri-stabil şəraitlərdə işləməyə məcbur olurlar. Tədbirin sonunda tələbələr Britaniya xarici işlər nazirinin müavininə suallar verməyə imkan qazanıblar. “Mənim Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı planlarından xəbərim yoxdur, amma bilirəm ki, bu barədə narahatlıqlar var”- deyə Saymon Freyzer suallara cavabda bildirib. Freyzer deyib ki, bu yaxınlarda İrəvana səfəri zamanı keçirdiyi görüşlərdə bu məsələni qaldırıb. O hesab edir ki, vacib olan məsələ yaranmış vəziyyətdə gözlənilməz hadisələrin baş verməməsidir. Böyük Britaniya rəsmisi Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun sözlərinə görə, bu uzunmüddətli münaqişə hər iki ölkəyə öz təsirini göstərir: "Bilirəm ki, bu məsələ Azərbaycan üçün çox vacibdir. Münaqişənin həlli üzrə beynəlxalq qrup var və onlar prosesi davam etdirir və mən bu qrupun fəaliyyətini dəstəkləyirəm. Düşünürəm ki, son nəticə tərəflərin hər ikisinin iradəsinə bağlı olan məsələdir, sadəcə beynəlxalq ictimaiyyət problemin sülh yolu ilə həllinə öz dəstəyini verməlidir".
CAVIDAN




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info