Ermənistanın orta məktəblərində müəllimlərin sayı azalıb
Tarix: 25.08.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl qeyd edilməlidir ki, Ermənistan dövlət kimi öz müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı həm siyasi, həm iqtisadi , həm də ki, sosial problemlər bu gün də öz həllini tapmayıb. Əksinə, bu problemlər daha da dərinləşməkdədir.
Təbii ki, bu da erməni əhalisi arasında demoqrafik problemin geniş vüsət almasına şərait yaradır. Əlbəttə, erməni rəsmiləri son illər Ermənistanı tərk edənlər barədə dəqiq məlumat verməsələr də, “Joxovurd" qəzeti hələ 1992-2014-cü illər arası Ermənistanı tərk edənlərin 1 milyon 500 min nəfərdən artıq olduğu barədə məlumat yayıb. Xatırladaq ki, ölkə rəhbərliyinin bütün maneələrinə baxmayaraq, bu gün də Ermənistandan getmək istəyənlər kifayət qədərdir. Onların əksəriyyəti isə ölkədən getmək üçün maliyyə problemi ilə üzləşənlərdir. Qeyd edilməlidir ki, Ermənistandakı demoqrafik problem müxtəlif ixtisaslı kadrlarla yanaşı, müəllimlərdən də yan keçməyib.
Beləliklə, «Tert.am» saytı növbəti tədris ili üçün düşmən ölkədə müəllimlərin sayının iki mindən artıq azalacağı barədə məlumat yayıb. Saytın məlumatına görə, son illərdə Ermənistanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində davamlı olaraq müəllimlərin sayı azalmaqdadır: ” Qeyd edilməlidir ki, bu azalmalar həm dövlət, həm də özəl məktəblərə aiddir. Bundan başqa, əgər əvvəllər ölkədəki müəllimlərin sayında azalma o qədər də çox müşahidə edilmirdisə, son illər bu temp sürətlənməkdədir. Bunu rəsmi rəqəmlər də təsdiq edir. 2011-2012-ci tədris ilində Ermənistanda mövcud dövlət məktəblərində müəllimlərin sayı 40 min 715 nəfər, 2012-2013-cü tədris ilində 39 min 566, 2013-2014 - cü tədris ilində 38 min 483, 2014-2015-ci tədris ilində isə 37 min 560 nəfər təşkil edib. Bu o deməkdir ki, hər il ölkə müəllimlərinin sayı təxminən 1000 nəfər azalıb. Lakin , belə görünür ki. bu da dəqiq göstərici kimi dəyərləndirilməməlidir. Məsələ bundadır ki, qarşıdakı -2015-2016-cı tədris ilində erməni dövlət məktəblərində 35 min. 972 nəfər müəllim çalışacaq ki, bu da ölkədən gedən yerli əhali ilə yanaşı, ölkədəki şagirdlərin də azalmasına dəlalət edir. Ermənistanın sabiq təhsil naziri olmuş Armen Aşotyan səbəb kimi ölkədəki bütün sahələrlə yanaşı, təhsil sahsində də yaranmış ictimai-siyasi və iqtisadi böhranı görür. “

Şagirdlərin sayındakı azalmanın bir səbəbi doğumun aşağı düşməsidirsə, digər səbəbi ermənilərin ailəlikcə ölkələrini tərk etməsi ilə bağlıdır.

“Tert.am.” saytının araşdırmasından görünür ki, son beş ildə Ermənistan məktəblərində müəllimlərin sayı 5 min nəfər azalıb. Təxminən 2 milyon nəfər əhalisi olan dövlət üçün müəllimlərin qısa müddətdə 5 min nəfər azaalması ciddi rəqəmdir. Bu, həm də o deməkdir ki, orta məktəblərə gedən şagirdlərin sayı ildən –ilə azalır. Şagirdlərin sayındakı azalmanın bir səbəbi doğumun aşağı düşməsidirsə, digər səbəbi ermənilərin ailəlikcə ölkələrini tərk etməsi ilə bağlıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info