“Media dövlətin maraqlarına təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin yanındadır”
Tarix: 25.08.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“Xalq cəbhəsi” qəzetinin baş redaktoru olduğum zaman, 2001-ci ildə qəzetdə nurçularla bağlı Vüqar Hüseynovun araşdırmalarını dərc etdik. O vaxt Türkiyədə nurçuluq əleyhinə yazan Nəcib Hablemletoğlu qətlə yetirilmişdi. 8 yazı yayımladıq. Həmin vaxtı həm mənə, həm də yazının müəllifi Vüqar Hüseynova, eyni zamanda qəzetin dostu olan Qüdrət Həsənquliyevə təzyiqlər başladı. 8 nömrədən sonra məhz Türkiyə səfirliyinin təkidi ilə yazıları dayandırdıq. Çünki bizim üçün dost və qardaş ölkənin rəsmi mövqeyi, incidilməməsi önəmli idi”.
Bunu “APA Holding”in prezidenti, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı MŞ-da “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
 
O qeyd edib ki, bu araşdırma ilə bağlı həmin vaxt “Xalq Cəbhəsi” qəzeti məhkəməyə verilib.
 
V. Mahirqızı deyib ki, 2013-cü ilə qədər gülənçilərin keçirdikləri tədbirlərdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış şəxsləri, dövlət rəsmiləri iştirak ediblər: “Çünki bu, həmin vaxt Türkiyə dövlətinin yaxın müttəfiqinin tədbirində iştirak kimi qəbul olunurdu. Ona görə də mən hamının bu gün ucdantutma qınanılmasının, bu məsələ ilə bağlı kampaniyaçılığın əleyhinəyəm. Lakin 2013-cü ildən sonra artıq Türkiyə dövləti belə bir müttəfiqi olmadığını açıqladı, bunlara qarşı mübarizəyə başladı. Məhz bundan sonra bu dairə ilə sıx əlaqə saxlayanlar, əməkdaşlığı davam etdirənlər mütləq araşdırılmalı və cəzalandırılmalıdır. Eyni zamanda hətta 2013-cü ilə qədər də bu qrupun dövlət əleyhinə fəaliyyətində onlarla əməkdaşlıq etmiş şəxslərin araşdırılması və cəzalandırılması lazımdır. Yoxsa Türkiyə hakimiyyətinin müttəfiqi kimi yanaşıb, Türkiyə dövlətinə və hakimiyyətinə sayğıdan irəli gələrək bu insanlarla münasibət saxlayan, tədbirlərdə iştirak, çıxış edən adamların qaralanmasını doğru hesab etmirəm”.
 
V. Mahirqızı eyni zamanda qeyd edib ki, hələ 2009-cu ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov gülənçilərə qarşı açıq və sərt fikrini bildirib: “Həmin tədbirdə çoxumuz iştirak edirdik. Əli müəllim açıq mətnlə bu şəxslərə “siz artıq əndazəni aşmısınız” dedi və bildirdi ki, biz Türkiyə Cümhuriyyətinin qurucusu kimi Atatürkü tanıyırıq. Heydər Əliyevlə yanaşı yalnız Atatürkün portreti qoyula bilər. O vaxt gülənçilər bundan çox pərt oldular. Həmin vaxt tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Əli müəllimin bu fikirlərini çox dəstəklədi”.
 
V. Mahirqızı bildirib ki, Azərbaycan mediası dövlətin maraqlarına təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin yanındadır: “Düşünürəm ki, bu, birmənalı və mübahisəsizdir”.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info