“Azərbaycanda vitse-prezidentlik institutu daha çevik olacaq”
Tarix: 25.08.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Dəyişən geosiyasi şərait, regionda baş verən proseslər, eyni zamanda Azərbaycanın öz daxili inkişaf məntiqindən doğan proseslər dövlət idarəçiliyi sistemində institutlaşma proseslərində müəyyən dəyişikliklərin edilməsini zəruri edir.Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
İnstitut direktoru bildirib ki, bu dəyişikliklər ilk növbədə idarəçilik sistemininin çox sürətlə dəyişən reallıqlara çevik reaksiya verməsini şərtləndirən məsələlərdir: “Bu baxımdan hesab edirəm ki, sentyabrın 26-da ölkə Prezidentinin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı keçiriləcək referendum Azərbaycanın son illər ərzində keçdiyi yolun məntiqindən doğan prosesdir. Bu dəyişikliklər dövlət idarəçilik sistemini əhatə edir. İslahatlar insanların hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiəsi məsələlərini özündə ehtiva edir”.
E.Nəsirovun sözlərinə görə, diqqəti cəlb edən məqamlardan biri də Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır.
Bunu olduqca vacib addımlardan biri sayan deputatın fikrincə, bu dəyişikliyin edilməsini şərtləndirən vacib amil odur ki, bir çox hallarda dövlət başçısının birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar üçün zamana ehtiyac yaranır: “Biz prezidentin səlahiyyət müddətinin 7 il olmasına keçirik, dünyada isə 7 illik prezidentlik yoxdur” kimi yanaşma düzgün deyil. Bu baxımdan biz "pioner" deyilik. Çünki bir çox ölkələrdə, məsələn, İsraildə, İrlandiyada, Özbəkistanda 7, Rusiyada isə 6 illik prezidentlik müddəti var. Burada əsas məqsəd Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu təminatına nail olmaq üçün zaman qazanmaqdır”.
Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi sistemində yeni hadisə sayan E.Nəsirovun sözlərinə görə, məsələ ilə bağlı dünya, eləcə də qonşu ölkələrin təcrübəsinin öyrənilməsi belə bir qənaətə gəlməyə əsas verir ki, prezident idarəçiliyinin olduğu respublikalarda vitse-prezident institutunun mövcudluğu dövlətin yaxşı idarə edilməsinin təminatı, qərarların çevik qəbulu və həyata keçirilməsi baxımından olduqca səmərəlidir: "Vitse-prezidentlik institutunun daha çevik olacağına heç kəsin şəkk-şübhəsi yoxdur. Azərbaycanda Prezident və administrasiyasının kifayət qədər çevik və qətiyyətli fəaliyyət göstərdiyi heç birimizə sirr deyil".

E.Nəsirov qeyd edib ki, Azərbaycan növbəti 10 il ərzində inkişaf etmiş ölkələr sırasında olmağı hədəfə alıb: "Buna nail olmaq üçün Azərbaycanın unikal idarəçilik sistemi olmalıdır".

Azərbaycanda prezident idarəçiliyinin, eyni zamanda Nazirlər Kabinetinin olduğunu xatırladan institut direktoru bildirib ki, NK bir çox hallarda çox sürətlə dəyişən reallıqlara, çevik qərar verilməsi tələb olunan proseslərə adekvat reaksiya verə bilmir. Onun fikrincə, bu, heç də NK-nın pis işləməsinin nəticəsi deyil: “Sadəcə olaraq, qurumun işlək mexanizmi belədir. Burada kollegiallıq prinsipi var ki, bu da zaman baxımından çevikliyi məhdudlaşdıran amildir”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info