Yer kürəsinin əhalisi 10 milyarda çatacaq
Tarix: 25.08.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Planet əhalisinin sayı 2053-cü ildə 10 milyarda çatacaq.Trend xəbər verir ki, bu barədə Vaşinqtonda fəaliyyət göstərən Əhalinin Sayı Bürosunun (PRB) məlumatında deyilir.Büronun yenilənmiş proqnozlarına əsasən, 2050-ci ildə Yer kürəsindəki əhalinin sayı 9,9 milyard olacaq, 2053-cü ildə isə 10 milyardı ötəcək. Doğulan insanların sayının artım sürəti əsasən Afrikanın hesabına başəcək - bu materikin əhalisi 2,5 milyard çoxalacaq. Amerika qitəsindəki əhalinin sayı 223 milyon, Asiyada isə - 900 milyon artacaq. Avropada yaşayan insanların sayı 12 milyon azalacaq.Əsas sosial-demografik problem onunla müşayiət olunacaq ki, Yer kürəsinin əhalisinin yüksək artım tempi zəif inkişaf etmiş ölkələrin üzərinə düşür. PRB-in proqnozuna görə, dünyanın 48 az inkişaf etmiş ölkəsinin sayı 2050-ci ilə iki dəfə artacaq.Digər tərəfdən, inkişaf etmiş ölkələrdə əhalinin sayının azalacağı gözlənilir. Əhali sayında ən çox azalma Yaponiya, Rusiya, Ukrayna və Rumıniyada qeydə alınacaq. Oxşar vəziyyət digər ölkələrdə, xüsusilə Şərqi Avropa, eləcə də Şərqi, Cənub-Şərqi və Qərbi Asiyada müşahidə olunacaq.PRB qeyd edir ki, əhalisinin sayına görə birinci yerdə Hindistan, Çin, ABŞ, Nigeriya, İndoneziya və Braziliya olacaq.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib
26.05.2019
Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək
26.05.2019
İran ABŞ-ı “gizli“ silahla hədələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info