Masallının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib
Tarix: 25.08.2016 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Avqustun 25-də Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 737 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 61 min 660 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd edilib ki, hazırda rayonun Məmmədoba, 2-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin olunacaq.
Sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
İnam Kərimov: “Kooperativlərdə birləşən fermerlərə daha çox subsidiya ayrıla bilər”
22.11.2018
“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək
22.11.2018
Bakı Metropolitenindən yenilik
22.11.2018
Aİ Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 milyon avro yardım ayıracaq
22.11.2018
Geniş tərkibdə görüş olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info