“Terrorçuların hədəfi Kılıçdaroğlu olub”
Tarix: 26.08.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Dünən terrorçular Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla atəşə tutmaq istəyib.
Bu barədə NTV telekanalı məlumat yayıb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri K. Kılıçdaroğlunu zirehli texnikaya əyləşdirərək onu ərazidən uzaqlaşdırıblar. Terrorçularla atışmada 3 əsgər yaralanıb, onlardan birinin durumu ağırdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olaydan bir qədər sonra Kamal Kılıçdaroğluna telefon açaraq onunla danışıb. K. Kılıçdaroğlu “CNN Türk”ə açıqlamasında durumunun normal olduğunu bildirib: “Biz yola çıxarkən polis yolda atışma olduğuna dair hər hansı xəbərdarlıq etmədi. Güman edirəm ki, atışma biz oradan keçərkən başlayıb. Avtomobildən düşməyimizə icazə verilmədiyi üçün tam olaraq nə baş verdiyini anlamadıq. Sonra zirehli maşınla oradan uzaqlaşdırıldıq. Təhlükəsizlik qüvvələri sürətlə lazımi tədbirləri gördülər. Hər hansı problemimiz yoxdur. Təhlükəsiz şəraitdəyik”. Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, hücumun hədəfi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun maşın karvanı olub. Nazir deyib ki, PKK terrorçuları maşın karvanını müşayiət edən və karvanın önündə gedən hərbçilərin olduğu avtomobil atəşə tutulub. Nəticədə avtomobilin sürücüsü olan hərbçi başından ağır, maşındakı 2 hərbçi isə yüngül yaralanıb. Daxili işlər naziri deyib ki, PKK terrorçuları Orduda, Girəsunda Qara dəniz bölgəsinə çıxmağa səy göstərirlər: “Bölgədə xüsusi əməliyyat aparılır. İnşallah, bu hücumu təşkil edənlər yaxalanacaq”. Ə. Ala CHP sədrinin səfərini planlaşdırdığı kimi davam etməsi üçün vertolyot da göndərdiklərini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info