Almaniya, əsgər və təyyarələrini Türkiyədən çıxarır
Tarix: 26.08.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Almaniya Türkiyənin “İncirlik” hərbi bazasındakı hərbçilərini və “Tornado” kəşfiyyat təyyarələrini çıxarmağa hazırlaşır. “Der Spiegel” nəşrinin məlumatına görə, rəsmi Berlin alman əsgərləri və təyyarələrini İordaniya, yaxud Kiprdə yerləşdirməyi planlaşdırır.
Buna səbəb isə Bundestaqın qondarma “erməni soyqırımı”nı tanımasından sonra Türkiyənin alman deputatların “İncirlik” bazasına səfər etməsinə icazə verməməsidir. “Spiegel”ə açıqlama verən hökumətin koalisiya ortağı Sosial Demokrat Partiyasının deputatı Rainer Arnold deyib ki, Bundestaq üzvlərinin “İncirlik”dəki alman əsgərlərə baş çəkməsinə icazə verilməzsə, əsgərlərin bu hərbi bazada yerləşdirilməsi barədə qərarın müddəti uzadılmayacaq. R. Arnold hökuməti dərhal əsgərlərin yerləşdiriləcəyi başqa bir yer tapmağa çağırıb. Almaniya hərbçilərinin “İncirlik” hərbi hava bazasında yerləşdirilməsi barədə qərarın müddəti bu ilin dekabrında bitir. “Spiegel” Sosial Demokrat Partiyasının dəstəyi olmadan Almaniya hökumətinin dekabr ayında bu qərarın müddətini uzatmaq şansının olmadığını yazıb. “İncirlik” hərbi bazasından çıxacaq Almaniya hərbçilərinin yerləşdiriləcəyi alternativ məkanlar kimi İordaniya və Kiprin adı çəkilir. Bu yerdəyişmə halında "Tornado" kəşfiyyat təyyarələrinin “İŞİD”-lə mübarizə çərçivəsində Suriya və İraqda uçuşu ən azı 2 ay dayandırılacaq. Qeyd edək ki, “İncirlik” hərbi bazasında "Tornado" kəşfiyyat təyyarələri ilə birlikdə 250 Almaniya əsgəri var.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
İrandan Avropa İttifaqına xəbərdarlıq
22.08.2019
Hindistan Cammu Kəşmirdə əlavə hərbi qüvvə yerləşdirdi
22.08.2019
İslam Əməkdaşlıq Təşkilatı Qüdsün Fələstinin paytaxtı olduğunu vurğuladı
21.08.2019
Husilәr ABŞ-a mәxsus PUA-nı vurdu
21.08.2019
Misir və Çinin Aralıq dənizində birgə hərbi təlimi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info