Avropa multikultural dəyərlərdən imtina edir
Tarix: 26.08.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Son günlər bir sıra ölkələr müsəlmanlarla bağlı müxtəlif yönümlü addımlar atmağa başlayıblar. Bu tədbirlər arasında, əsasən, müsəlmanların ölkəyə buraxılmaması, onların geyimləri ilə bağlı etirazlar öz əksini
tapıb.

Çexiya prezidenti Miloş Zeman müsəlman immiqrantların bu ölkəyə və Avropaya qəbul edilməməsinin vacibliyini bildirib. Macarıstan Xəbər Agentliyinin (MTI) məlumatına görə, Zeman etdiyi açıqlamada, Avropada son dövrdə də köç olduğunu, amma bunun qitə içində reallaşdığına görə hər hansı bir problemə səbəb olmadığını iddia edərək ``Avropaya gələn müsəlman qaçqınlar avropalıların əksinə müxtəlif mədəniyyətlərdən gəlirlər. Buna görə də onların Avropa cəmiyyətlərinə inteqrasiyası ilə bağlı şübhəm var” deyib. Son dövrdə Avropada reallaşan köçün ağır problemlər yaradacağını müdafiə edən Zeman bildirib ki, müsəlman immiqrantlar, Çex Respublikasına, Avropaya qəbul edilməməlidirlər”.
Son günlərin ən maraq doğuran xəbəri isə Fransanın müsəlmanların geyiminə qarşı etirazı ilə bağlıdır. İngiltərənin “Daily Mail” qəzetinin məlumatına görə, Fransa polisi Nice şəhərinin Promenada des Anglais çimərliyində hicablı bir qadından həmin paltarları çıxarmasını tələb edib. Gözyaşardıcı qazla gələn polis orta yaşlı qadına Fransanın beynəlmiləl bir ölkə olduğunu və hicabın qadağan olunduğunu bildirib. Qadın libasını soyunmaq məcburiyyətində qalıb. Adı açıqlanmayan qadına 38 avro pul cəzası kəsilib.
Kann şəhərində Siam adlı başqa bir qadın da irqçi rəftara məruz qalıb. Belə ki, uşaqlarıyla birlikdə sahildə gəzərkən yanlarına gələn üç polis onun üzünə gözyaşardıcı qaz tutaraq geyimlərinin sahilə uyğun olmadığını söyləyib. Siam hadisə zamanı üzərində çarşab deyil, sadəcə hicab olduğunu və dənizə girmək məqsədi olmadığını deyib. Xəbərə görə, polislər Siama baş örtüsünü saç bandı kimi bağlarsa dəniz kənarında qala biləcəyini söyləyib. Polislərə etiraz etdikdən sonra Siama 11 avro cəza kəsilib. 34 yaşındakı ana, hadisə əsnasında ətrafında toplanan kütlənin da "Evinə get" deyərək ona qışqırdıqlarını söyləyib. Hadisə yerində olan bir jurnalist də kütlənin reaksiyasını təsdiqləyib.
Onu da qeyd edək ki, Fransada 15 tətil məkanında hicab qadağan edilib.
Almaniyada Brandenburg əyalətinin Luckenwalde şəhərinin Bələdiyyə başçısı Elisabeth Herzog von der Heide, çalışarkən başörtüsünü çıxarmaq istəməyən 48 yaşındakı fələstinli bir qadını işdən çıxarıb. Çadranın bir dünyagörüşünü əks etdirdiyini deyən Heide, onun bələdiyyənin tərəfsizliyini pozduğunu bildirərək, bələdiyyənin divarlarında xaçın da asılmadığını bildirib.
Xristian Demokrat Birlik (CDU) Partiyasının Brandenburg Əyalət Məclisi millət vəkili Sven Petkin isə Bələdiyyə başçısı Heidenin qərarını tənqid edərək, "Bunun bir qanuni əsası yoxdur" deyib.
Xatırladaq ki, bugünlərdə Almaniyada qadınların rübənd örtməsi ilə bağlı problem yaşanıb. Belə ki, daxili işlər naziri Tomas de Maiziere rübəndin qismən qadağan edilməsini təklif etdiklərini bildirib. Nazir dövlət qurumları, məktəb və universitetlərdə, məhkəmələrdə, yol və pasport nəzarətində rübənd qadağasını ehtiva edən bir təklif üzərində razılaşdıqlarını açıqlayıb. Əyalət daxili işlər nazirləri konfransında yekdilliklə rübəndin qadağan edilməsinin təklif edildiyini deyən De Maiziere, buna iqtidar ortaqları Sosial Demokrat Partiyasının (SPD) müsbət baxacağına ümid etdiyini bildirib. De Maiziere, ``Hamımız birlikdə rübəndi rədd edirik. Cəmiyyətimiz üçün üzünü göstərmək qanuni bir vəziyyətdir. Bu səbəblə hər kəsin üzünü göstərməsini istəyirik`` deyib. Təklifdə, rübəndin Almaniyada uyğunlaşma üçün maneə təşkil etdiyi də bildirilib.
Bundan başqa, Yaşıllar Partiyasından Bundestaq üzvü Özcan Mutlu rübəndli insanların az sayda olduqlarını bildirib. Özcan Mutlu, rübənd mövzusunun gündəm dəyişdirməyə yönəldildiyini bildirib: “`Almaniyada başqa bir problem yoxmuş kimi, rübənd problemi çıxarırlar. Əslində, problem filan yoxdur. Edilənlər, Xristian Birlik partiyalarının (CDU / CSU) tipik müsəlman əleyhdarlığı və gündəm dəyişdirmə fəaliyyətidir. 2015-ci ilin dekabr ayında verdiyim suala şəxsən hökumət tərəfindən verilən cavabda “rübənd bizim üçün bir problem təşkil etmir və Almaniyada əhəmiyyət verilməyəcək qədər azdır” deyilir.
Qeyd edək ki, dünən Londonda Fransa səfirliyinin qarşısında “Canın nə istəyirsə onu geyin sahil partiyası” adı altında bu qadağalara qarşı etiraz aksiyası keçirilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info