Bakı-Şamaxı avtomobil yolu genişləndirilir
Tarix: 26.08.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3 – 15.1 kilometrlik ( 1.85 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına başlanılıb.
Bu barədə  “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.Layihə “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində həyata keçirilir.Layihəyə uyğun olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 1.85 kilometrlik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29.5 metr, yolun hərəkət hissəsinin eni 15 və 24 metr, hərəkət zolaqlarının eni 3.75 və 4.5 metr, ayrıcı zolağın eni isə 1 metr təşkil edəcək.
Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iki istiqamət üzrə 1.5 metr enində səkilər, həmçinin Müşviq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 4.5 metr enində kollektor yolların inşası, Müşviq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.
Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik ( 76 kilometr ) hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 kilometrlik ( 16 kilometr ) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info