“Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşların uzun müddətli gecikmələrinə rast gəlinmir”
Tarix: 26.08.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


“Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşların uzun müddətli gecikmələrinə demək olar ki, rast gəlinmir”. Bu barədə açıqlamanı Dövlət Gömrülk Komitəsinin sədri, gömrük xidməti general leytenantı, Aydın Əliyevjurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, sərhəd keçid məntəqəsində müəyyən vaxt çərçivəsində yubanma olsa da bu, gömrük orqanları və sərhəd qoşunlarının işi ilə bağlı deyil: “Gecikmə sadəcə sərhədyanı ticarətlə bağlıdır. Müəyyən bölgələrin vətəndaşları gün ərzində dəfələrlə sərhədi keçməklə bu problemləri yaradırlar. Gömrük orqanları məcburdurlar ki, ölkəyə daxil olan mallara gömrük nəzarəti həyata keçirsinlər. Bu da müəyyən gecikmələrə səbəb olur”.
 
A.Əliyev əlavə edib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına edilən dəyişiklikdən sonra vətəndaşlarla bu sahədə maarifləndirmə işləri aparılır.
 
Komitə sədri əlavə edib ki, iki gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini ilə Gürcüstan gömrük xidmətinin rəhbəri Sınıq Körpü sərhəd keçid məntəqəsində görüşüb. Görüşdə diplomatlar, ölkəyə gələn qonaqların sərhəddən keçirilmələri ilə bağlı sərhəd qoşunları ilə müəyyən məsləhətləşmələr aparılıb, gələcək planlar, perspektivlər müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info