“FETÖ cəmiyyət-din və dövlət-din münasibətlərinə mənfi təsir göstərir”
Tarix: 26.08.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


“Azərbaycanda din-cəmiyyət münasibətlərinin özünəməxsus yeri var. Cəmiyyət həmişə həqiqi möminlərə, əsl din xadimlərinə xüsusi hörmət və qayğı ilə yanaşıb. Həmçinin, cəmiyyətin siyasi təşkili forması kimi dövlətin də dinə münasibəti həmişə yüksələn xətt üzrə inkişaf edib. FETÖ (Fətullahçı Terror Təşkilatı) isə qarşılıqlı etibarı zədələməklə həm cəmiyyət-din münasibətlərinə, həm də dövlət-din münasibətlərinə mənfi təsir göstərir”. 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli bildirib.O qeyd edib, FETÖ dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda təhsil müəssisələri təsis edib: “Bu müəssisələrdə təhsilin səviyyəsinin nisbətən yüksək olması kifayət qədər istedadlı və tərəfsiz insanları özünə cəlb edib. Bu gün həmin təhsil müəssisələrini bitirmiş və FETÖ-nün ideoloji maşınının indoktrinasiya edə bilmədiyi xeyli sayda insan var ki, “nurçu” adı ilə damğalanır. Bu adamların həmin təhsil müəssisələrini seçməkdə yeganə məqsədləri keyfiyyətli təhsil almaq olsa da, indi onların istər əmək bazarında, istərsə də cəmiyyət arasında stereotiplərlə üzləşməsi labüddür. Bu nə onların, nə də cəmiyyətin günahıdır. Bu, FETÖ-nün neqativ eksternaliya kimi günahıdır. FETÖ-yə məxsus təhsil müəssisələri də təhsil bazarında iştirak edərkən orada təhsillə yanaşı, ideoloji “beyinyuma” kimi zəruri prosedurların olması barədə məlumat verməyib. İstehlakçı isə yalnız keyfiyyətli təhsil məqsədilə həmin müəssisələrə üz tutub. FETÖ məktəblərində də insanlar ora getməyənədək həmin məktəbdə onları nələrin gözlədiyini bilmirlər. Həm Azərbaycanda FETÖ-yə məxsus məktəblərin bağlanmasının, həm Rəcəb Tayyip Ərdoğan hökumətinin bütün dünyada bu məktəblərin bağlanmasına dair hökumətlərə çağırış etməsinin kökündə informasiya qeyri-simmetrikliyindən doğan bazar uğursuzluğuna dövlət müdaxiləsinin zəruriliyi dayanır”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info