İsrailin Azərbaycandakı səfiri şimal-qərb rayonlarına səfər edib
Tarix: 26.08.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


İsrailin Azərbaycandakı səfiri Dan Stav Şəki, Zaqatala, Qax və Balakən rayonlarına 2 günlük səfər edib. Səfirlikdən verilən məlumata görə, səfir yerli icra hakimiyyətlərinin rəhbərləri ilə görüşüb.
 
Səfərin əsas məqsədi iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, səhiyyə sahələrində dərinləşməsi imkanlarını müzakirə etmək və iki ölkə insanları arasında münasibətləri gücləndirmək olub. Görüşlərdə səfir Dan Stav bildirib ki, İsrail son zamanlar Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin və xarici investisiyanın cəlb olunmasının nə dərəcədə vacib olduğunu anlayır.
 
D. Stav bu 4 regionda birgə istehsal, biznes əməkdaşlığı imkanları barədə İsrailin investorları və şirkətlərini məlumatlandıracağını deyib. O, səfər müddətində ipək, heyvandarlıq, meyvə, tütün, quru meyvə, çay, arıçılıq, balıqçılıq və meyvə şirələri istehsalı ilə məşğul olan müəssisələrə baş çəkib.  
 
Diplomat Kişdəki alban məbədini və Balakəndəki mərkəzi məscidi də ziyarət edib.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info