“Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində” mövzusunda seminar
Tarix: 26.08.2016 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Avqustun 26-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində” mövzusunda seminar keçirilib.
ADU-dan bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov musiqi incəsənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı, tanınmış müğənnilərimizin və musiqiçilərimizin Çinə qastrol səfərləri haqqında danışıb, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanmış sazişin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova türk Asiyasının ənənəvi musiqi incəsənətinin İpək yolu üzərindəki ərazidə mədəni əlaqələrin genişlənməsindəki rolundan bəhs edib. O, həmçinin təsviri incəsənət və ədəbiyyatda xalq musiqi alətlərinin yeri və rəhbərlik etdiyi muzeydəki Çin ənənəvi musiqi alətləri kolleksiyasının xüsusiyyətləri barədə məlumat verib.
Seminarda çıxış edən ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çinin nadir ənənəvi musiqi növləri, janr və üslubları, Qərbi və Mərkəzi Asiya musiqisi və musiqi alətlərinin bu ölkəyə daxil edilməsinə səbəb olan beynəlxalq musiqi əlaqələri barədə danışıblar.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info