Rus Pravoslav Kilsəsi: “Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində ədalətli həllinə tərəfdarıq”
Tarix: 26.08.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“Rus Pravoslav Kilsəsi dəyişməz və ardıcıl olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və fikir ayrılıqlarının qarşılıqlı məqbul həll yollarının qanun çərçivəsində axtarışının tərəfdarıdır”.
 Bu barədə Rusiya Pravoslav Kilsəsindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məktubda bildirilib.
Səfirliyin Pravoslav Parlamentlərarası Assambleyasının XXIII konfransının yekun bəyannaməsi ilə bağlı göndərdiyi müraciətə cavab məktubunda qeyd olunub ki, Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində həllinin tərəfdarıdır.
Məktubda bildirilib ki, 1993-cü ildən başlayaraq Moskva və bütün Rusiyanın patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin bir sıra görüşləri keçirilib: “Həmin görüşlərdə iştirakçılar dəfələrlə qeyd ediblər ki, Qarabağ münaqişəsi dini zəmində deyil və siyasi xarakter daşıyır. Millətlərarası düşmənçilik xristianlıq və islam dinlərində günah sayılır. Moskva patriarxlığı bu gün də həmin mövqedən çıxış edir, münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərir. Azərbaycan tərəfinin narahatlığı Pravoslav Parlamentlərarası Assambleyanın rəhbərliyinə çatdırılacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info