“8 ayda gömrükçülər tərəfindən 1 ton 100 kiloqramdan artıq heroin aşkar olunub”
Tarix: 26.08.2016 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


“Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur”. 
Bunu Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Aydın Əliyevdeyib. O qeyd edib ki, Azərbaycanın İranla sərhəd keçid məntəqəsində ən böyük təhlükə narkotik vasitələrin ölkəyə keçirilməsi ilə bağlıdır: “Bu ilin 8 ayı ərzində gömrük orqanlarının əməkdaşları tərəfindən artıq 1 ton 100 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Hər gün az miqdarda da olsa ayrı-ayrı vətəndaşlar tərəfindən narkotik və psixatrop tərkibli maddələrin keçirilməsinə cəhd edilir”.
 
Komitə sədri əlavə edib ki, bütün sərhəd keçid məntəqələrində tütün məhsullarının ölkəyə qaçaq yolla gətirilməsinə cəhd olunur. Onun sözlərinə görə, spirtli içkilərin ölkəyə qanunsuz yolla daxil olması halları daha çox Gürcüstan və Rusiya tərəfində müşahidə olunur: “Eyni zamanda, Gürcüstanla sərhəd keçid məntəqəsində vətəndaşların qanunsuz olaraq ölkəyə mobil telefonlar keçirmək cəhdi böyük problemlər yaradır”.
 
A. Əliyev əlavə edib ki, vətəndaşlar kommersiya və istehsalat məqsədləri üçün ölkəyə gətirilən məhsullara edilən güzəştləri düzgün başa düşmür və kommersiya məqsədləri üçün gətirilən mallara güzəştlər edilməsini istəyirlər: “Nazirlər Kabinetinin 305 saylı qərara etdiyi son dəyişiklər bu məsələyə tam aydınlıq gətirib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info