Mersində FETÖ-çü generalı öldürən gizirə heykəl qoyuldu
Tarix: 26.08.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Türkiyədə iyulun 15-də dövlət çevilişinə cəhd zamanı atdığı addımla xalqın qəhrəmanına çevrilmiş gizir Ömər Halisdemirə heykəl ucaldılıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin giziri olmuş Ömər Halisdemir iyulun 15-də dövlət çevrilişinə cəhd edənlərdən birini, general-polkovnik Semih Terziyi alnından vuraraq, öldürüb. Bundan sonra o, dövlət çevrilişinə cəhd edən FETÖ-çülər tərəfindən qətlə yetirilib.
"Habertürk" xəbər verir ki, Türkiyənin Mersin əyalətinin Toroslar rayonunda olan Şəhidlər parkında qoyulan heykəl şəhidin adını əbədiləşdirmək məqsədilə hazırlanıb..
MHP-dən olan Toroslar rayon bələdiyyəsinin sədri Hamit Tunanın təlimatı əsasında hazırlanmış heykəl 13 günə tamamlanıb, hündürlüyü 2,8 metr, abidənin öz hündürlüyü 1,8 metr, bütövlükdə kompleksin hündürlüyü 4,6 metrdir. Bildirilir ki, abidənin açılışı avqustun 30-da olacaq. Türkiyə mətbuatı onu da yazır ki, abidənin açılış günü təhlükəsizlik tədbirləri də gücləndiriləcək. İzdihamın olacağı açılışla bağlı artıq hazırlıq işləri də görülür, onun qəhrəmanlıqları haqqında kütləyə daha geniş məlumat veriləcək.. 
Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Zərif G7 sammiti çərçivəsində Makronla görüşüb
25.08.2019
Müsəlmanı incidənə müsəlman mükafat verdi
25.08.2019
“Zəngin bir ölkədə insanları belə saxladığımız üçün utanmalıyıq“
25.08.2019
Böyük yeddilik sammitinin açılışı olub
25.08.2019
“Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc oldu“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info