“Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşib
Tarix: 26.08.2016 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Monakoda baş tutan tədbirdə həlledici mərhələnin 48 iştirakçısının rəqibi bəlli olub.
 
Bu klublar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünüb. Ötən mövsüm olduğu kimi, yenidən qrup mərhələsinə yüksələn Azərbaycan klublarının da rəqibləri bilinib.
 
“Qəbələ”  C qrupunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Mayns”la (Almaniya) mübarizə aparacaq. “Qarabağ” isə J qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan”la (Çexiya) qüvvəsini sınayacaq.
 
Bu mərhələnin oyunlarına sentyabrın 15-də start veriləcək. Növbəti oyunlar sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, dekabrın 6-da baş tutacaq.
 
Qeyd edək ki, İsveçin “Höteborq” klubunu keçən “Qarabağ” (0:1, 3:0) ardıcıl üçüncü, Sloveniya “Maribor”unu yolundan kənarlaşdıran (3:1, 0:1) “Qəbələ” isə ikinci dəfə qitənin nüfuzuna görə ikinci ən böyük turnirinin əsas raundunda mübarizə aparacaq.
 
Avropa Liqası
Qrup mərhələsi 
 
A qrupu
“Mançester Yunayted” (İngiltərə)
“Fənərbaxça” (Türkiyə)
“Feyenoord” (Hollandiya)
“Zarya” (Ukrayna)
 
B qrupu
“Olimpiakos” (Yunanıstan)
APOEL (Kipr)
“Yanq Boyz” (İsveçrə)
“Astana” (Qazaxıstan)
 
C qrupu
“Anderlext” (Belçika)
“Sent-Etyen” (Fransa)
“Mayns” (Almaniya)
“Qəbələ” (Azərbaycan)
 
D qrupu
“Zenit” (Rusiya)
“Alkmaar” (Hollandiya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Dandalk” (İrlandiya)
 
E qrupu
“Viktoriya” (Çexiya)
“Roma” (İtaliya)
“Austria” (Avstriya)
“Astra” (Rumıniya)
 
F qrupu
“Atletik” (İspaniya)
“Genk” (Belçika)
“Rapid” (Avstriya)
“Sassuolo” (İtaliya)
 
G qrupu
“Ayaks” (Hollandiya)
“Standard” (Belçika)
“Selta” (İspaniya)
“Panatinaikos” (Yunanıstan)
 
H qrupu
“Şaxtyor” (Ukrayna)
“Braqa” (Portuqaliya)
“Gent” (Belçika)
“Konyaspor” (Türkiyə)
 
İ qrupu
“Şalke” (Almaniya)
“Zalsburq” (Avstriya)
“Krasnodar” (Rusiya)
“Nitsa” (Fransa)
 
J qrupu
“Fiorentina” (İtaliya)
PAOK (Yunanıstan)
“Slovan” (Çexiya)
“Qarabağ” (Azərbaycan)
 
K qrupu
“İnter” (İtaliya)
“Sparta” (Çexiya)
“Sauthempton” (İngiltərə)
“Hapoel” (Beer-Şeva, İsrail),
 
L qrupu
“Vilyareal” (İspaniya)
“Styaua” (Rumıniya)
“Sürix” (İsveçrə)
“Osmanlıspor” (Türkiyə)




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info