Rəsul Çunayev Balakəndə böyük coşqu ilə qarşılanıb
Tarix: 26.08.2016 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda bürünc medal qazanan Rəsul Çunayev avqustun 26-da doğulub boya-başa çatdığı Balakəndə böyük coşqu ilə qarşılanıb.
Olimpiya Oyunlarının mükafatçısını Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının qarşısındakı meydanda rayon sakinləri, ictimaiyyətin nümayəndələri, idmançılar, onun ailə üzvləri gül-çiçəklə qarşılayıblar.
Rəsul Çunayev Rioya qızıl medal üçün getdiyini, lakin qazandığı bürünc medalın da onun üçün çox qiymətli olduğunu vurğulayıb, onu dəstəkləyən hər bir kəsə minnətdarlığını bildirib.
Olimpiya medalçısı və onu qarşılamağa gələnlər ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, Rəsul Çunayev 1991-ci ildə Balakən şəhərində anadan olub. O, 2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatında qızıl medal qazanıb. Avropa çempionatının qızıl və gümüş mükafatçısı olan Rəsul Çunayev həm də ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl mükafatçısıdır.
Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə R.Çunayev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib
20.04.2019
“Yuventus“dan ardıcıl 8-ci çempionluq
20.04.2019
Azərbaycan komandası qrup hərəkətlərində AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəlib
20.04.2019
Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə birinci yerə yüksəlib
20.04.2019
Moskvada uşu üzrə Avropa çempionatı keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info