“Ermənistan Qərbə üz tutsa, Yer üzündən silinəcək”
Tarix: 26.08.2016 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


“Avrasiya İqtisadi İttifaqı “Nuhun gəmisi”dir. Bu gəmiyə minən mövcudluğunu davam etdirəcək, minə bilməyənlər isə Yer üzündən silinib gedəcəklər”.
Bunu öz millətçi fikirləri ilə tanınan rusiyalı politoloq Aleksandr Dugin Ermənistanın “Birinci informasiya” saytına bildirib.
Rusiyalı politoloq hazırda Rusiyada iqtisadi böhranın davam etməsinə, Avrasiya İqtisadi İttifaqının müəyyən proqramlarına fasilə verməsinə və birgə bazarın hələ də işləməməsinə baxmayaraq, öz fikirlərində israrlıdır. Avrasiya İqtisadi İttifaqına böyük inam təbliğ edən Duqin Rusiya Federasiyasında mövcud olan iqtisadi böhranın təkcə Rusiyanın adı ilə əlaqələndirilməsini düzgün hesab etmir. Hazırda bütün dünyanın qlobal maliyyə böhranı qarşısında qaldığını bildirən Duqin bunun səbəbkarı kimi, ABŞ-ın maliyyə və iqtisadi sistemini günahlandırır: “Təbii ki, bu, belə davam etməyəcək. Hələ ki, domino effekti verən bu böhrandan bütün dünya ölkələrinin iqtisadiyyatı əziyyət çəkir. Buna baxmayaraq, bir çox ölkələr, məsələn, Çin, Hindistan və Braziliya Amerika mərkəzi sistemindən çıxmağa çalışsalar da, bu o qədər də asan başa gələn məsələ kimi düşünülməməlidir. Həm Rusiya, həm Çin, həm də BRİKS-ə üzv olan digər ölkələr bu sistemə dərin çalarla bağlıdırlar, başqa sözlə, desək, sistemə inteqrasiya olunublar. Məhz bu sistem də dünya iqtisadiyyatını öz ardınca aparır”. Duqinin fikrincə, baş verən bu hadisələr fonunda Avrasiya İqtisadi İttifaqının maliyyə sistemi hələ ki, effektsiz işləyir. Lakin bütün bunlar balaca məsələlərdir. Rusiyanın qlobal iqtisadi böhran fonunda Avrasiya ölkələrinin iqtisadi vəziyyətini müdafiə etmək üçün çalışaraq yeni bir sistem yaratmağa çalışdığını bildirən Duqin elə də böyük bir əhəmiyyət kəsb etməyən Ermənistan iqtisadiyyatının da bu sistemdən yararlanacağını nəzərə çatdırıb. Rusiyadakı iqtisadi çətinliyin ötəri olduğunu bildirən Duqin Ermənistanın belə çətin vəziyyətdə Qərbdən dəstək almağa çalışdığını nəzərə çatdıraraq bunun düşmən ölkədə partlayışa səbəb ola biləcəyini, erməni dövlətindən heç bir əlamət qalmayacağını bildirib. Duqinə görə, Qərbə Ermənistan lazım deyil. Elə buna görə də, Ermənistan yaranmış ağır maliyyə və iqtisadi vəziyyətdən qurtulmaq üçün Rusiyadan möhkəm yapışmalıdır: “Əgər Ermənistan Rusiya üçün bu çətin dövrdə Qərbə üz tutsa, Yer üzündən silinəcək”. Avrasiya İqtisadi Birliyinə böyük ümidlərlə daxil olan, bütün problemlərinin bu təşkilat tərəfindən həll ediləcəyinə inam bəsləyən ermənilər indi pərişan vəziyyətdədirlər. Ona gərə də “Nuhun gəmisi”ni tərk edərək Qərbə üz tutmaq üçün cabalayırlar.
Ağasəf Babyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info