Tacikistan Avrasiya İqtisadi İttifaqına tələsmir
Tarix: 26.08.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


“Nezavisimaya qazeta”:
“Tacikistan Prezident Aparatındakı mənbə bildirib ki, ölkə nə bu il, nə də gələn il Avrasiya İttifaqına üzv olmaq fikrində deyil”

Tacikistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsi de-fakto həll olunmuş məsələ sayılırdı. Moskvada hesab edirlər ki, cari ilin sonuna kimi Düşənbə Avrasiya İttifaqına daxil olmaqla bağlı sənədləri təqdim edəcək. Amma Düşənbənin qeyd edilən tarixə kimi belə bir adım atmağa hazırlaşmadığı məlum olub.
“Nezavisimaya qazeta” nəşri yazır ki, prezident Emomali Rəhman hələlik bu addımı atmağa tələsmir. Avrasiya İttifaqına üzvlük məsələsi Tacikistan hökumətində baxılma mərhələsindədir. Tacikistan Prezident Aparatındakı mənbə “Nezavisimaya qazeta”ya bildirib ki, ölkə nə bu il, nə də gələn il Avrasiya İttifaqına üzv olmaq fikrində deyil. Anonimliyini qoruyan tacik məmurlardan biri nəşrə bildirib: “Ermənistan və Qırğızıstan təcrübəsi göstərir ki, bizim ölkəmiz də təşkilata üzv olduqdan sonra siyasi və iqtisadi suverenliyinin bir hissəsini itirmiş olacaq. Bu isə bizim Vaşinqton və Pekinlə münasibətlərimizdə gərginliklər yarada bilər”. Həmin məmur bildirib ki, bütün halda qərarı ölkənin başçısı verəcək. Amma Tacikistan ictimai rəyi ölkənin Avrasiya İttifaqına daxil olmasına razıdır.

“Ölkədə elə bir ailə yoxdur ki, onun ən azı üzvlərindən biri Avrasiya İttifaqına üzv olan ölkələrin birində miqrant olmasın. Tacikistanın Avrasiya İttifaqına üzv olması bizim miqrantların həmin ölkələrin vətəndaşları ilə eyni iş və sosial hüquqlar əldə etməsi ilə nəticələnəcək”

Hüquq elmləri doktoru Şokir Həkimov ölkə əhalisinin ittifaqa üzv olmasını arzulamasının səbəblərini belə izah edib: “Ölkədə elə bir ailə yoxdur ki, onun ən azı üzvlərindən biri Avrasiya İttifaqına üzv olan ölkələrin birində miqrant olmasın. Tacikistanın Avrasiya İttifaqına üzv olması bizim miqrantların həmin ölkələrin vətəndaşları ilə eyni iş və sosial hüquqlar əldə etməsi ilə nəticələnəcək. Amma hakimiyyət strukturları və kölgə iqtisadiyyata nəzarət edən qruplar bu inteqrasiyanın əleyhinədirlər. Amma Rusiyanın ölkəyə təsir etmək üçün kifayət qədər rıçaqları var. Amma son vaxtlar Çin və Avropa ölkələrindən artan qrantlar, kreditlər digər əsas oyunçuların da boş oturmadığını göstərir. Onlar bu kreditlərlə Tacikistanı inteqrasiyadan yayındırmağa çalışırlar”. Ekspertlər hesab edir ki, rəsmi Düşənbənin belə siyasət həyat keçirməsinin səbəbi sərfəli nəticə əldə etmək istəyidir. Yəni, Düşənbə tərəflərdən özünə sərf edən formada razılıq əldə etmək istəyir. Həm Rusiya, həm də Çin, Əfqanıstan, İranla yaxşı münasibətlər pozulmamalıdır. Ekspert Marina Lapenko nəşrə bildirib ki, yarandıqdan sonra keçən zaman ərzində Avrasiya İttifaqına maraq göstərən dövlətlərin sayı artıb. Onun sözlərinə görə bu gün ən azı 50 dövlət ittifaqla yaxından maraqlanır. Tacikistan isə təşkilata üzv olmadan belə, üzvlərlə sıx iqtisadi əlaqədədir: “Ona görə də Tacikistan Avrasiya İttifaqına üzv olmağa ən real namizəd sayılır. Tacikistan əhalisinin böyük hissəsi Rusiya ərazisində işləyir. Bu isə Tacikistan iqtisadiyyatını əsas dayaqlarından biri sayılır. Tacikistan vətəndaşlarının bir çoxu Rusiya ərazisində qeyri-leqal miqrant kimi fəaliyyət göstərir. Düşənbə Avrasiya İttifaqına üzv olduqdan sonra həmin miqrantların hüquqi statusu aydınlaşmış olacaq. Digər tərəfdən, biriyə üzv olmaqla Tacikistan maliyyə resursları və yeni investisiya layihələrinə birbaşa çıxış imkanı əldə etmiş olacaq. Düşənbənin əsas narahatlığı siyasi-iqtisadi suverenliyin bir qisminin itirilməsi və Əfqanıstanla sərhəddə Rusiya hərbi iştirakının gücləniməsi ola bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info