Ali məktəblərə yüksək balla daxil olan qaxlı gənclər mükafatlandırılıb
Tarix: 27.08.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Ali məktəblərə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan qaxlı gənclər rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Bu münasibətlə keçirilən tədbirdə ali məktəblərə builki qəbul imtahanlarında iştirak etmiş 265 məzundan 167 nəfərin tələbə adını qazandığı bildirilib. Qəbul imtahanlarında məzunlardan 31 nəfər 500-dən, o cümlədən 10 nəfər 600 baldan yuxarı nəticə göstərib. Qeyd olunub ki, qəbul imtahanlarında şəhər 4 saylı tam orta məktəbin məzunu Ayşən Hacızadə hamıdan çox - 652 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olub. A.Hacızadə, eyni zamanda, Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb. Qorağan kənd məktəbinin məzunu Aytac Ağazadə 648, şəhərdəki 3 saylı tam orta məktəbin məzunu Samira Tixonya isə 645 bal toplayaraq arzuladıqları ali məktəblərə daxil olublar. Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info