“Operativ idarəçiliyin həyata keçirilməsi zəruridir”
Tarix: 27.08.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Trend”ə bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklər zərurətdən irəli gəlir: “Bu dəyişikliklərin çox böyük hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır.
Digər tərəfdən, dövlət idarəçilik aparatının təkmilləşdirilməsi üçün Konstitusiyaya dəyişikliklərin zərurəti yarandı. Azərbaycan sosial dövlətdir. Sosial dövlət olduğu üçün sosial ədalət prinsipi əsas prinsiplərdən biridir. Sosial ədalət prinsipinin həyata keçirilməsi üçün çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurəti ortaya çıxıb. Həmçinin, insan hüquq və azadlıqlarını məhdudlaşdıran yaş senzinin aradan qaldırılması vətəndaşlarımızın özlərinin sərbəst seçib-seçilmək hüququnu sərbəst şəkildə həyata keçirməsinə imkan yaradacaq. 18 yaşına çatmış bir insanın istənilən bir məsələyə münasibət bildirməsinə məhdudiyyətin qoyulması tarazlığın pozulmasına gətirib çıxarırdı. Azərbaycanda 5 milyona yaxın seçici var. 3 milyona yaxını 35 yaşa qədər olan vətəndaşlardır. Yəni, 3 milyona yaxın insana digər rəhbər vəzifələrə seçib, seçilmək hüququ veriləcək”. S.Novruzov Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını zəruri hesab edir: “Azərbaycan yerləşdiyi coğrafi məkan bütün dünya ölkələri ilə əlaqə qurulması üçün vacib strateji əhəmiyyətli nöqtədir. Bu baxımdan Azərbaycanın təmsilçiliyi məsələsi çox aktuallaşıb. Keçmişdə 10 ilə görülən işlər indi bir neçə aya, bir neçə günə görülür. Dünya operativ idarəetmə sisteminə keçib. Vitse-prezidentlik institutunun yaradılması Prezidentin həyata keçirdiyi islahatların daha da surətləndirilməsinə imkan verəcək. Vitse-prezidentlik institutu təmsilçilik baxımından yüksək instansiya hesab olunur. İdarəçilik sistemi getdikcə genişlənir. Hər hansı beynəlxalq konfranslarda, tədbirlərdə Azərbaycanın təmsil olunması, bunun hamısını Prezidentin çatdırması çətin məsələdir. Elə tədbirlər var ki, orada Azərbaycanı vitse-prezidentlər təmsil etməlidir, o cümlədən, daxildə olan idarəçilik sistemində operativ idarəçiliyin həyata keçirilməsi üçün bu institut yaradılmalıdır. Yəni, dünyada idarəetmə sistemi daha operativləşdiyindən vitse-prezidentlik institutunun yaradılmasına ehtiyac var. Vitse-prezidentlik institutunun yaradılmasından sonra Azərbaycanın ali icra orqanlarında struktur dəyişiklikləri olacağı gözləniləndir”. S.Novruzov deyib ki, yeni Konstitusiya dəyişiklikləri parlamentin fəaliyyətini, səlahiyyətlərini məhdudlaşdırmayacaq: “Parlamentin səlahiyyətləri olduğu kimi qalır. Prezidentə impiçmentdən tutmuş, hökumətlərin hesabatları, Baş nazirin təsdiqi, büdcənin təsdiqi və ona nəzarət, Ombudsmanın təsdiqi və digər məsələlər parlamentin səlahiyyətlərinə aiddir. Sadəcə, parlamentin buraxılması məsələsi ilə bağlı bəzi əlavələr olub. Bu da ölkədə baş verə biləcək hər hansı xaosun yaranmasının qarşısının alınmasına xidmət edir. Tutaq ki, parlament bir il ərzində iki dəfə hökumətin hesabatını qəbul etməsə, bu praktikada heç müstəqillik dövründə olmayıb, onda Prezident parlamenti buraxmaq səlahiyyətlərə malik olacaq. Yerdə qalan məsələlərdə parlamentin fəaliyyətini məhdudlaşdıran məsələlər yoxdur. Və ya Prezidentin səlahiyyətlərinin genişlənməsindən söhbət getmir. Sadəcə, operativ idarəetmə sistemi üçün vitse-prezidentlik institutunun yaradılması ehtiyacı yaranıb”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info