“Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır”
Tarix: 29.08.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Azərbaycanın sübut olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr, neft ehtiyatı isə 2 mlrd. ton təşkil edir ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır.
Bunu Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda gündə 82-88 mln. kubmetr qaz və 115-120 min ton  neft  hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan,  eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” , “Ümid” və digər yataqlardan alınır.
 
“Dünya bazarlarında neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır və  “Cənub Qaz Dəhlizi” kimi nəhəng transmilli layihələrin icrasını davam etdirir. Avropa ilə Asiyanın kəsişməsində xüsusi coğrafi mövqe üstünlüklərinə malik Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir.  Uzunluğu 3500 kilometr olan “Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin gücünün artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi Transanadolu Qaz Boru Kəməri (TANAP)  və Transadriatik  Qaz Boru Kəmərinin(TAP)  həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. “Cənub Qaz Dəhlizi” Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və bu layihə enerji təhlükəsizliyi layihəsi olmaqla,  bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. “Cənub Qaz Dəhlizi” layihəsi nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi faktorudur”, - deyə nazir müavini vurğulayıb.
 
N.Abbasov qeyd edib ki, Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olan Cənub Qaz Dəhlizi də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb: “Gürcüstan-Türkiyə sərhədindən başlayacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər davam edəcək 1850 kilometrlik  uzunluğunda olan Transanadolu Qaz Boru Kəməri regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq, Yunanıstan, Albaniya ərazisindən və Adriatik Dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq Transadriatik  Qaz Boru Kəmərinin tikilməsi ilə enerji dəhlizinin yaradılması başa çatdırılacaq. Bu kəmər Avropa bazarına Azərbaycan qazının daşınması üçün kifayət qədər potensiala malik olacaq və Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək. Bundan başqa, tikintisi planlaşdırılan İonik-Adriatik boru ilə Azərbaycan qazının Bolqarıstan, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çatdırılmasına imkan yaradacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info