“Gələn il TAP layihəsinin dəniz ərazisində tikinti-quraşdırma işlərinə başlanacaq”
Tarix: 29.08.2016 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


2017-ci ildə TAP layihəsinin dəniz ərazisində tikinti-quraşdırma işlərinə başlanacaq. 
Bunu Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib. O qeyd edib ki, bu layihə, Azərbaycan və digər ölkələrin, regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyacaq: “Bu layihələrin reallaşması Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolunu daha da artıracaq”. 
Nazir müavini bildirib ki, “Azəri-Çıraq-Günəşli” blokunda yerləşən dərin qaz laylarının mənimsənilməsi, “Abşeron”, “Ümid”, “Şəfəq-Asiman” və digər perspektiv strukturlarda hasilatın artırılması məqsədilə Azərbaycan iqtisadiyyatına investisiyaların axınının qarşıdakı illərdə də davam etməsi gözlənilir.
“Hal-hazırda ölkəmiz bir çox xarici ölkələrdə investor kimi çıxış etməkdədir. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin enerji  bazarında Azərbaycan mühüm paya sahibdir. Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri öz enerji təhlükəsizliyinin təmin olunmasıdır. Son illərdə ölkənin elektrik enerjisinə tələbatı tam ödənilməklə ixrac potensialı artırılıb və bu nailiyyətlər ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsində öz mühüm rolunu oynayır”, - deyə nazir müavini vurğulayıb. 
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info