İranla Azərbaycan balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalayacaq
Tarix: 29.08.2016 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


İran İslam Respublikası və Azərbaycan balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalayacaq. 
Bunu APA-nın İran bürosuna açıqlamasında İran kənd təsərrüfatı nazirinin müavini və ölkənin Balıqçılıq Təşkilatının sədri Həsən Salehi deyib. 
H. Salehi bildirib ki, Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan arasında Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında saziş imzalandıqdan və bu ölkələrin parlamentində təsdiqləndikdən sonra İran və Azərbaycan arasında balıqçılıq və Xəzərin su bioloji resursları sahəsində faydalı müzakirələr aparılıb: “Əldə olunan razılığa əsasən Azərbaycan və İran arasında balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalanacaq. İran balıqçılığın müxtəlif sahələrində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir”. 
H. Salehi qeyd edib ki, su resurslarının bərpası, balıq ovunun idarə edilməsi, nərəkimilərin yetişdirilməsi sahəsində təcrübə mübadiləsi və müştərək potensiallardan yararlanmaq İranın Azərbaycanla əməkdaşlıq etmək istədiyi önəmli sahələrdir. O, Xəzəryanı ölkələrin nərəkimilərin istehsalının artırılması sahəsindəki sazişin icrasına başladıqlarını söyləyib: “Ümid edirik ki, Xəzər dənizində bu dəyərli balıq növünün yaşadılmasına nail ola biləcəyik”.
 
H. Salehi Rusiyanın İranda balıqçılıq sahəsindəki investisiyalarından da danışıb: “Rusiya yaxın vaxtlarda İranın Astara və Qeşm bölgələrində balıqçılıq sahəsinə investisiya yatıracaq. Adları qeyd olunan bölgələrdə sərmayə yatırmağı Rusiyaya biz təklif etmişik. Bu ölkə təkliflərə baxır, tezliklə Rusiya balıqçılıq komitəsinin üzvləri İrana səfər edəcək və bu layihə icra olunacaq”.
 
Qeyd edək ki, bu il ərzində, indiyədək İran Rusiyaya 1000 ton balıq məhsulları ixrac edib. İlin sonunadək (İranda il martın 21-də dəyişir) bu rəqəmin 5 min tona çatdırılması planlaşdırılır. 




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info