Azərbaycanda yeni elektrik stansiyası tikiləcək
Tarix: 29.08.2016 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Qarşıdakı dövrdə Azərbaycanda 2 min meqavat həcmində elektrik stansiyalarının tikintisi planlaşdırılır. 
Bunu Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib. Onun sözlərinə görə, son illərdə elektroenergetika sisteminin inkişafı ilə bağlı həyata keçirilmiş silsilə tədbirlərin davamı olaraq,  həyata keçirilmiş mühüm tədbirlər  nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni müasir elektrik stansiyaları istifadəyə verilib: “Bununla da əhalinin elektrik enerjisi ilə təminatının gücləndirilməsində, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında ciddi nailiyyətlər qazanılıb”.
Nazir müavini əlavə edib ki, son 10 ildə üç min meqavat gücündə 14 elektrik stansiyasının istifadəyə verilməsi, stansiyaların sayının 23-ə, ümumi generasiya gücünün 7 min meqavata çatdırılması,  qarşıdakı dövrdə  2 min meqavat həcmində elektrik stansiyalarının planlaşdırılan tikintisi Azərbaycanın energetika sənayesinin möhtəşəm yüksəlişini təmin edəcək və respublikanın elektrik enerjisinin ixrac imkanları daha çox artacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info