“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” 
Tarix: 29.08.2016 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda dəyirmi masa keçirilib. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, dini radikalizm və xurafat arasında ciddi fərq yoxdur, hər ikisi eyni dərəcədə zərərlidir. O, dini radikalizm və xurafatla mübarizədə KİV-in də üzərinə böyük missiya düşdüyünü söyləyib: “Din xadimlərinin, ilahiyyatçıların, dinşünas alimlərin də üzərinə böyük vəzifə düşür. Mən xurafatla mübarizədə əsrin əvvəlində Mizə Fətəli Axundovun, Cəlil Məmmədqluzadənin, Məhəmməd Əmin Rəsulzadənin və digər ziyalılarımızın rolunu xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu gün dini radikalizm və xurafatla mübarizədə ziyalılarımızın rolu əsrin əvvəlində ziyalılarımızın rolu ilə müqayisədə bir qədər zəifdir”.
G. İsmayılov təəssüflə qeyd edib ki, az da olsa, dünyəvi təhsilə, qadın hüquqlarına qarşı çıxışlara bu gün də rast gəlinməkdədir: “Hətta qız və oğlanların ayrı-ayrılıqda təhsil alması barədə bəzi dindarların çıxışlarının şahidi oluruq. Mən bu məsələyə də xurafat nöqteyi-nəzərindən yanaşmağın tərəfdarıyam”.  
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov bildirib ki, vaxtında qarşısı alınmazsa, xurafat dini radikalizmə aparıb çıxaracaq: “Din kimi həssas mövzudan yazmaq üçün jurnalistlərin müəyyən hazırlığı olmalıdır. Təəssüf ki, xurafat, dini radikalizmlə mübarizə adı altında bəzi media orqanlarında işıq üzü görən yazılar əslində əks məqsədə xidmət edir. Sünni-şiə məsələsi barədə yazılar yazanda xüsusən ehtiyatlı olmaq lazımdır. Bəzi jurnalistlər ehtiyatlı olmurlar və bu da sonra müəyyən problemlərə gətirib çıxarır. Digər tərəfdən, bəzən jurnalistlərin Qafqaz Müsəlmanları İdarəsinin hüquq və vəzifələri barədə bəzən məlumatlı olmadığını müşahidə edirik. Hər hansı qəbristanlığın qarşısında duran mollanın, hansısa ucqar kənddə keçirilən kiçik mərasimin Qafqaz Müsəlmanları İdarəsinə hər hansı aidiyyəti yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi din xadimlərinin adları idarənin saytında yerləşdirilir. Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən jurnalistlər üçün 2-3 günlük seminar keçirilməsinə də ehtiyac görürük və bu istiqamətdə addım atılacaq”. 
G. İsmayılovun sözlərinə görə, məzhəbçiliyə, bir məzhəbin digər məzhəbdən üstün olması barədə fikirlərin təbliğinə də yol vermək olmaz: “Çünki burada da tez-tez xurafatçılığa yol verilməsi hallarına rast gəlirik. Bu da son nəticədə radikallığa aparır”.  
Tədbir çıxışlarla davam edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info