AVCİYA Referendum qabağı müşahidəçilərə treninqləri davam etdirir
Tarix: 29.08.2016 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. AVCİYA-nın Mətbuat Xidmətindən bildirilib ki, Assosiasiya həm də 62 DSK 3000 məntəqədə Referendum günü müşahidəni təşkil edəcək. Bunula əlaqədar AVCİYA Seçki Qərargahı regionlarda müşahidəçilərə treniqlərə başlayıb. Şirvan, Hacıqabul, Sabirabad  rayonlarından sonra  Zaqatala, Balakən və Qax rayonlarında tədbirlər uğurla həyata keçirilib.
Tereniqlərdə AVCİYA Seçki Qərargahının rəhbəri,t.ü.f.d.,dos.Məhərrəm Zülfüqarlı çıxış edərək assosiasiyanın bu vaxta qədər gördüyü işlər, seçkilərin və referendumların ölkə üzrə müşahidəsi sahəsində qazandığı təcrübə barədə tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra referendum günü müşahidəçilərin hüquq və vəzifələrini onlara izah edib. Tədbirlərin sonunda müşahidəçilərin sualları cavablandırılmışdır.
Tədbirlərdə AVCİYA Seçki Qərargahının əməkdaşı Cavid Camalov, AVCİYA-nın regional nümayəndəliklərinin rəhbərləri və rayon koordinatorları iştirak etmişlər.
Növbəti tədbirlər sentyabrın 1-dən başlayaraq  Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər və Goranboy rayonlarında keçiriləcək. Daha sonra şimal və cənub regionlarda, Bakı şəhərində tədbirlər davam etdiriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info