Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyası (TDVCF) yaradılır
Tarix: 29.08.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyası (TDVCF) yaradılır.
Federasiyanın təşəbbüs qrupunun rəhbəri Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin təsisçisi Cavid Şahverdiyev bildirib ki, məqsəd türk dövlətlərində fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlığı gücləndirmək, genişləndirmək, birgə layihələri həyata keçirmək, fikir və təcrübə mübadilələri aparmaq, həmrəylik nümayiş etdirməkdir: “Təkilf bizdən gəlib və əməkdaşlıq etdiyim türk dövlətləri QHT rəhbərləri tərəfindən dəstəkləndi. Sözün açığı, Federasiyanın mərkəzi ofisinin Türkiyədə, Qırğızıstanda və yaxud da Qazaxıstanda olması təklifləri irəli sürüldü. Sonda qərar alındı ki, təklif və ideya Bakıdan gəlibsə, elə baş ofis Bakıda olsun”.
C.Şahverdiyev onu da qeyd edib ki, türk dövlətləri dedikdə ancaq Türkiyə və müstəqillik əldə edən keçmiş türkdilli sovet respublikaları nəzərdə tutulmur: “Onlarla kifayətlənmək olmaz. Təkcə Rusiyanın özündə onlarla türk vilayət və respublika var. Yeni dünya düzənində türk dövlətləri arasında birlik və həmrəylik nə qədər vacibdirsə, bir o qədər də vətəndaş cəmiyyətləri arasında əlaqələri möhkəmlənməsi zəruridir. Nə vaxta qədər antitürk mövqedən çıxış edən Qərbin ermənipərəst beynəlxlaq təşkilatlarının böhtan və qərəzli hesabtları ilə üz-üzə qalacağıq. Federasiyanı yaratmaqda əsas məqsədlərimizdən biri də haqq səsimizi, gerçəkliyi və reallığı dünyaya çatdırmaqdır”.

C.Şahverdiyev Federasiyanın bütün türk dövlətlərində təmsilçiliklərinin yaradılacağını bildirib: “Həm Azərbaycanda, həm də digər türkdilli dövlətlərdə QHT sektorunda çalışan yüksək ixtisaslı mütəxəssislərimiz var ki, qarşımıza qoyduğumuz vəzifələri həyata keçirmək imkanına malikdirlər. Türk dövlətləri vətəndaş cəmiyyəti sahəsində müxtəlif layihələrin həyata keçirilməsini, təhlil və araşdırmaların aparılmasını nəzərdə tutmuşuq. Təşkilat hələ yaranma, təşkilatlanma prosesindədir, əgər-əskiklərimiz, çatışmayan cəhətlərimiz, problemlərimiz olacaq. Hamının dəstəyinə, fikrinə və təkliflərinə böyük ehtiyacımız var, hansı ki, bütün bunlar türk dövlətlərinin güclənməsinə, türk milli-mənəvi dəyərlərin, mədəniyyətinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, türk dünyasına qarşı bütün maneələrin dəf edilməsinə xidmət etsin”.

Təşkilatı və üzvlük məsələsinə gəlincə, C.Şahverdiyev bildirib ki, təşkilatlanma işləri yekunlaşandan sonra Bakıda böyük toplantının keçiriləcəyini nəzərdə tutmuşuq: “Türk dövlətlərindən QHT sektorunda çalışan nümayəndlərin iştirakı ilə. Bütün bu kimi məsələlər orada həll olunacaq. Ondan sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info