“Abşeron” yatağından qaz hasilatı 2019-cü ilin III və IV rübündə nəzərdə tutulur
Tarix: 29.08.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


“Abşeron” yatağından ilkin hasilat quyusu ən tez gələn ilin üçüncü rübündə qazılacaq. Yataqdan ilkin qaz hasilatı isə 2019-cü ilin üçüncü və dördüncü rübündə nəzərdə tutulur. Bu barədə avqustun 29-da Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Akademik qeyd edib ki, hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağında İşlənmə Proqramı hazırlanır. İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub. Bu ilin sentyabrınadək konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdırılması baş tutacaq. Oktyabrın sonunda İşlənmə Proqramının tərəfdaşlar tərəfindən təsdiq edilməsi, noyabrın əvvəlində bu proqramın SOCAR-a təqdim olunması, gələn il yanvarın sonuna qədər İşlənmə Proqramının təsdiqi planlaşdırılır. 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarı qəbul ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info