“ASAN xidmət” Türkiyə ilə əlaqələrdə xüsusi yer tutacaq”
Tarix: 15.03.2013 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) rektoru Eyyub İsbirin başçılıq etdiyi nümayəndə heyəti Bakı 1 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Xidmətdən jurnalistlərə verilən məlumata görə, görüş zamanı dövlət agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri haqda, həmçinin gələcək planlar barədə geniş məlumat verib. O bildirib ki, “ASAN xidmət” ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin etmək məqsədilə yaradılıb. Qonaqlar iki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan söhbət açıblar. Yeni yaradılmış Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildiriblər.
“ASAN xidmət” mərkəzində yaradılmış şəraitlə tanış olan qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndiriblər. Görüşdə həmçinin Dövlət Agentliyinin elmi potensialının inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Xəyalə ƏLIAĞAQIZI




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info