“Bütün sağlam qüvvələr radikal dini cərəyanlara qarşı mübarizədə iştirak etməlidirlər”
Tarix: 29.08.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


2013 - cü ildə ilk dəfə Tatarstanın Kazan şəhərində keçirilən "Fəthullah Gülən və Hizmətin bölgədə rolu" adlı bir konfransa dəvət aldım. Həmin konfransda çoxsaylı çıxışlar oldu. Çıxışlardan biri də "Azərbaycanlı gülənçılərin Rusiyada fəaliyəti" adlı mövzuda mənim çıxışım idi. Elə, hər şey də bundan sonra başlandı...
2014-cu ildə Rusiyanın Lipetsk şəhərində keçirilən "Azərbaycan gənclərinin İslam dinində rolu" adlı foruma ekspert kimi dəvət aldım və orada da "Dini sektaların Azərbaycan gəncliyinə təsiri" adlı mövzuda çıxışım oldu.
2015-çi ildə yenə dini sektalarla bağlı bir çox tədbirlərdə iştirakım və çıxışlarım oldu, Rusiya dövlə institutlarında mühazirə və seminarlarım keçirildi.
Hər dəfə mənim toxunduğum əsas məsələ Fəthullah Gülənin fəaliyyəti ilə bağlı olurdu. Mən çalışırdım ki, içtimayətə onun rəhbərlik etdiyi sektanın nə qədər təhlükəli olduğunu çatdırım. Rusiyada fəaliyət göstərən bir çox təşkilatların içərisinə gülənçılərin necə girməsini çatdırmağa çalışırdım. Bu arada, Moskvada fəaliyət göstərən gülənçilər də, boş durmurdular, mənə qarşı şayiələr yayırdılar ki, güya mən "yerli və yaxud xarici qüvvələrin" təsiri altındayam və s.
Vaxtılə mənim sözümə ciddi yanaşmayan bəzi valideynlər bu gün səhvlərini etiraf edirlər. Ona görə də bu gün bütün sağlam qüvvələr radikal dini cərəyanlara qarşı mübarizədə iştirak etməlidirlər.
Türkiyədə baş verən son hadisələr də göstərdi ki, “Gülən məktəbləri”nin bu ölkədə illərlə yetişdirdiyi gənclər öz millətinə və xalqına qarşı silah çəkməyə qadirdilər. Çünki Gülən təhsil sistemi tək məktəbdə tədrislə kifayətlənmirdi. Bunlar beyin yuma sistemini elə qurublar ki, vətəndaş öz övladını gətirib əvvəlcə “Gülən baxçaları”na verir, 3-4 il körpənin beyni yuyulandan sonra, həmin körpə gülənçi məktəb və liseylərə qəbul olur, 10-11 il bu məktəblərdə oxuyandan sonra isə yenədən onların təsiri altında olan üniversitetlərə yönəldilir. Bu lokal təhsil prosesi insanı körpəlikdən böyüyənə qədər təqib edir. Sonunda isə, biz zombiləşmiş bir qrupun şahidi oluruq. Türkiyədəki son hadisə başqa dövlətlərə dərs olmalıdır ki, onlar özlərində “Gülənin uzantıları”ndan xilas olsunlar. Onu da qeyd etmək istəyirəm ki, hətta Rusiyanın bir çox bolgələrində də onlarla “Gülən məktəbləri” açılıb. Bu məktəblərdən biri də Moskvanin Dubrovka metrosunda yerləşən "Atlantic International School" adlı təhsil ocağı idi. Keçən il Rusiya təhlukəzlik orqanları tərəfindən keçirilər əməliyat nəticəsində məktəbin Türkiyə vətəndaşı bütün müəllimləri "nurçuluq" ittihamı ilə ölkədən qovuldular. Buna baxmayaraq məktəb hələ də yeni simaların rəhbərliyi altında fəaliyətdədir. Bu il isə Gülənin tərəfdarları tərəfindən Moskvada yeni bir məktəbin açılışı gözlənir... Əslində, xarici bir qurumun hansısa bir ölkədə təhsil proqramları altında fəaliyyət görsətməsi çox təhlükəlidir. Çünki təhsil dövlət üçün strateji bir məsələdir .

Şamil Tağıyev
Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info