İsmayıllı gəncləri yeni media və multikulturalizm mövzusunda bilgiləndiriliblər
Tarix: 30.08.2016 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında müxtəlif sahələri təmsil edən gənclərə və gənc mütəxəssislərə "Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak" mövzusunda təlim keçirib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov açaraq iştirakçıları salamlayıb. O bildirib ki, müasir informasiya vasitələrindən, internet və yeni mediadan gənclərin faydalı şəkildə və milli maraqlarımıza uyğun istifadəsi olduqca vacibdir.
Tədbirin açılışında QDİİB sədri İlkin Ağayev həyata keçirilən layihə və onun çərçivəsində reallaşdırılacaq təlimlər barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, bu gün gənclərimiz yeni media vasitəərində, sosial şəbəkələrdə aktiv olsalar da, bu baxımdan bir sıra problemlər var: "Gənclərimizin sözügedən sahədə texniki hazırlıqları olsa da, ideoloji və taktiki baxımdan, onların daha hazırlıqlı, bacarıqlı, məlumatlı və operativ olmasına ciddi ehtiyac duyulur".
Sonra isə "Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri Xaqani Səfəroğlu təlimə başlayıb.
Təlimdə İsmayıllıdan olan 20-dən artıq, müxtəlif sahələri təmsil edən gənc iştirak edib. Təlimdə gənclərə yeni media müstəvisində multikulturalizmin təbliği yolları aşılanıb. Təlimin ikinci mərhələsinin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir
17.07.2019
Paytaxtda 3 tam orta məktəbin köhnə korpusları sökülərək yenidən tikiləcək
17.07.2019
Azərbaycanda qoruqlarla bağlı yeni qaydalar təsdiqlənib
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info