“The Jewish Journal”da Azərbaycanda qadınların imkanları haqqında məqalə
Tarix: 30.08.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı soyqırımının şahidi, həmin qanlı qırğından möcüzə sayəsində sağ çıxmış Dürdanə Ağayevanın “Məktəbə qayıdış və geniş açıq dünya ilə görüş” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yaxınlaşan yeni dərs ili, qızının məktəbdə məşğələlərə hazırlaşması və qadın kimi Azərbaycanda onun üçün əlyetərli olan geniş imkanlar barədə söhbət açır.
D.Ağayeva yazır: “Mənim ölkəm Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi demokratik dövlətdir. Bizim hökumət çoxkonfessiyalığı dəstəkləyir və təşviq edir, bütün dinlərə hörmətlə yanaşır”.
Müəllif qeyd edir ki, Azərbaycanda yəhudi və xristian qadınlara da təhsil almaq hüququ və müvafiq imkanlar verilib. Halbuki dünyanın digər müsəlman cəmiyyətlərində belə imkanlar heç də həmişə əlyetərli deyil. Müəllif vurğulayır ki, Azərbaycanda elmlər doktorlarının 50 faizi qadınlardır. Azərbaycan qadınlarına seçki hüququ hələ 1918-ci ildə, yəni ABŞ-da qadınların bu cür hüquqlar almasından bir il əvvəl verilib.
D.Ağayeva qızının yaxşı təhsil almaq istəyini və arzusunu dəstəkləyərək, ona Azərbaycanın fərqlənmiş qadınlarının uğurları barədə danışır. Məsələn, Leyla Məmmədbəyova ilk azərbaycanlı qadın təyyarəçi idi (1931-ci il). O, həmçinin Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olub. Altı uşaq böyütmüş Leyla Məmmədbəyova çoxsaylı paraşütçü və pilot hazırlayıb, Mərkəzi Asiya ilə Cənubi Avropa arasında uçuşu həyata keçirmiş ilk qadın təyyarəçidir.
D.Ağayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai və siyasi xadim, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi böyük nailiyyətləri haqqında yazır. O, həmçinin Azərbaycanın digər qadınlarının – Milli Məclisin sədr müavini Bahar Muradovanın, parlamentin deputatları Qənirə Paşayevanın və Sevinc Fətəliyevanın, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın da uğurlarını xatırladır.
Müəllif sonda yazır ki, Azərbaycan qadını hansı karyera yolunu seçməsindən asılı olmayaraq, ölkənin inkişafına öz müsbət töhfəsini verə biləcək. Çünki o, həyatın bütün sahələrində uğurlar qazanan kişilərin və qadınların bərabərliyi prinsiplərinə əsaslanan ölkədə yaşayır.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”
24.06.2019
Türkiyə SQ İraqın şimalında 58 terrorçunu zərərsizləşdirib
23.06.2019
Hindistanda kəskin ensefalit xəstəliyi 145 insanın həyatına son qoyub
23.06.2019
Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info