CASCFEN ifadə azadlığı mədəniyyəti layihəsini bitirdi
Tarix: 30.08.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müxtəlif kateqoriyalardan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində sonuncu seminarını keçirib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan bu seminar da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) gerçəkləşdirilib. Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-a, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib. “Azərbaycan dövlətinin dəstəyi ilə” şüarı altında keçirilən budəfəki seminar maraqlı və dinamik olmasıyla seçilib. İştirakçılar ilk olaraq layihənin eksperti, Space TV-nin redaktoru, Dr. Nüşabə Hüseynlinin onlayn müstəvidə davranış qaydaları haqqında çıxışını dinləyib. Çıxışçı ayrı-ayrı örnəklərlə bu mühitdə olarkən nələrə üstünlük verilməsinə diqqət çəkib. İştirakçıların sual və müdaxilələrilə zəngin olan sessiyada maraqlı və faydalı diskussiya mühiti müşahidə edilib. Müəllim, tələbə, jurnalist və QHT fəalları həm öz təcrübələrindən danışıb, həm də bir sıra məsələlərə aydınlıq gətirilməsinə çalışıblar. Digər ekspert, CASCFEN İdarə Heyətinin üzvü və “Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı da mövzunu davam etdirərək konkret örnəklərə diqqət çəkib. O, təcrübədə rast gəlinən halları örnək göstərərək iştirakçıların onlayn müstəvidə diqqətli və təmkinli olmasının vacibliyini vurğulayıb. Çıxışçı deyib ki, əsəblərini nəzarətdə saxlaya bilməyən onlayn istifadəçilər - netizenlər hər zaman problemlərlə üzləşirlər. Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət netiketin 10 qızıl qaydasını tək-tək izah edib, iştirakçılara onlayn davranış qaydalarının pozulması zamanı yarana biləcək məsuliyyət haqqında danışıb.a




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info