“Məktəblilər üçün düşərgələrin sayı artırılmalıdır”
Tarix: 30.08.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Turizm insan sağlamlığına müsbət təsir göstərməklə yanaşı, olduğun şəhərin zəngin mədəniyyəti ,tarixi abidələri,coğrafi iqlimi ilə yaxından tanışlığa şərait yaradır. İnsanın sağlam düşüncəli ,dünyagörüşlü formalaşmasına təkan verir.Hətta yeniyetmələrin kiçik səyahətdən böyük turizmə doğru gələcəkdə quracağı karyeranı sərbəst şəkildə seçməsinə kömək olur.Bildiyimiz kimi , 27 sentyabr-Beynəlxalq Turizm Günü 1979-cu ildə Dünya Turizm Təşkilatı tərəfindən təsis olunmuş və ilk dəfə 1980 –cı ildə qeyd olunub.Bunun ilkin məqsədi beynəlxalq cəmiyyətdə turizmin əhəmiyyəti və onun sosial, mədəni, siyasi ,iqtisadi dəyərlərini təbliğ və inkşaf etdirməkdir.
Azərbaycanda hər fəslə uyğun olaraq sağlamlıq istirahət mərkəzlərinin, turizm bazalarının genişlənməsi ,tarixi abidələrin qorunması şərti ilə daha müasir komplekslərin, yolların qurulması ölkəmizin iqtisadi durumunun yaxşılaşması , qış-yay turizmindən istifadəsi Prezident İlham Əliyevin insanlara qayğısının bariz gostəricisidir.Həmçinin, dovlət rəhbəri tərəfindən 2011-ci il “Turizm ili” elan olunmuşdu. Bu baxımdan, yerli və xarici turistlərin ölkəmizi seçməsi , turist axınının artması təsadüfi deyil. Azərbaycanın coğrafi iqlimi , təbiəti ,tarixi ,memorial abidələri, mətbəxi ,musiqisi, zəngin mədəniyyəti və digər amillər turistlərin ölkəmizə səfər etməsinə yol açmışdır.
Turizm, ekskursiya və səyahətlər ilə məşğul olmaq adamlara əsasən də, məktəblilərə vətənə məhəbbət ,xalqın tarixinə və mədəniyyətinə hörmət, təbiətə qayğı göstərmək kimi nəcib hislər aşılayır.Turist səfərləri yalnız gəzinti, fəal istirahət vasitəsi deyil, eyni zamanda dava- dərmansız sağlamlıq, daha doğrusu müalicə vasitəsidir. Dünyada mövcud olan 11 iqlim qurşağının 9-na respublikamızın ərazisində rast gəlirsən . Bu mikro iqlimlər bir sıra xəstəliklərin dərmanıdır.
Məlum olduğu kimi ,məktəblilərin hamısı doğma diyarını əyani şəkildə tanımır. Onu dərindən tanımaq üçün qrup halında səyahətlərə ,ekskursiyalara, turist səfərlərinə çıxmaq lazımdır.Belə səfərlər onların diyarşünaslıq biliyini artırır ,vətənpərvər ruhda böyümələrinə kömək olur.
Bizim mərkəzdə də, turizm və diyarşünaslıq işlərinə yüksək qiymət verilir.İl ərzində tez-tez kütləvi tədbirlər və ekskursiyalar təşkil edilir.Dərnək üzvləri və işçilərin birgə səyi nəticəsində mərkəzdə diyarşünaslıq muzeyi yaradılıb.Muzeydə yürüş və ekskursiyalar zamanı, tapılan qədim tarixi əşyalar taoplanmışdır.Bu da gənc nəsildə doğma diyara məhəbbət hissini gücləndirir.Məhz bizim Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin məqsədi vətən üçün sağlam düşüncəli gənclərin yetişdirməkdir. İmkan daxilində yay tətili zamanı səyahətlərin təşkili şagirdlərin il ərzində dərs yükünün təsirindən çıxıb, yeni dərs ilinə uğurla başlamaları məqsədyönlüdür.Səyahət zamanı məktəblilər günlərini maraqlı və əyləncəli keçirməklə bərabər, zehni yorğunluqlarını unudurlar.Səyahət əyləncə və gəzməklə yekunlaşmır .Bu zaman məktəblilərə ölkəmizin flora və faunası ,coğrafi iqlimi və xəritəsi, tarixinin əyani öyrədilməsi il ərzində onların dərsləri yaxşı qavramasına ,ictimayyətdə şəxsiyyət kimi formalaşmasına yardımçı olur.
Bu baxımdan. bizim qrup Azərbaycanın şimal bölgəsində yerləşən, dilbər guşələrdən olan Quba- Xaçmaz- Nabran bölgəsində olduq. Qubanın təbiəti, Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Təngaltı dərəsi və əsasən, Afurca şəlaləsi heyrətamiz idi. Xaçmaz şəhəri də memorial dizaynı ilə seçilirdi.Nabranın gözəlliyi isə hər kəsi valeh etdi. Bir tərəfi dəniz, digər tərəfi meşə və çaylarla əhatə olunmuş mühit şagirdlərə çox maraqlı oldu. Onlar vaxtlarını maraqlı və şən keçirdilər. Onlara zəhərli həşaratlardan qorunmaq, meşədə azarkən nə etməli olduqları haqqında məlumat verdim və çayın axını,ağacların, Günəşin ,Ayın hansi istiqamətdən cıxması ilə yolu tapmaq izah edildi. Meşədə odundan ev tikmək , çaydan ağac asqıyla tullanmaq, hətta xərçəng və balıq tutmağa cəhd etmək, dəniz gəzintisi uşaqlarda xoş təəssürat yaratdı.
Yeniyetmələrin sağlam düşüncəli şəraitdə böyümələrinə ehtiyac duyulur. Onların asudə vaxtlarını səmərəli keçirməsi, vətənpərvər ruhda olmaları, xeyirxah işlər görmələri üçün daim maraqlı diskusiyalar vacibdir. Mən istərdim ki, yay məktəblərinin , düşərgələrin sayı artırılsın ki, bütün məktəblilər yay tətili zamanı səyahətlərdən yararlana bilsinlər. Nə qədər sağlam düşüncəli gənclər yetişərsə ölkəmizin müstəqilliyi də əbədi olar.



Dürdanə Məmmədova
Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində dərnək rəhbəri




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info